Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
çərşənbə

22 fevral 2023

19:21:23
1348426

Əmir Abdullahiyan Bağdadda iraqlı həmkarı ilə görüşüb

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian çərşənbə günü səhər Bağdadda iraqlı həmkarı Fuad Hüseynlə görüşüb və danışıqlar aparıb.

 Əmir Abdullahian İraqın yüksək səviyyəli rəsmiləri ilə ikitərəfli, regional və beynəlxalq məsələləri müzakirə etmək üçün bir nümayəndə heyətinin başında çərşənbə günü İraqın paytaxtı Bağdada səfər edib.

İki günlük səfəri çərçivəsində Əmir Abdullahianın İraqın yüksək vəzifəli siyasi, parlament, təhlükəsizlik və məhkəmə rəsmiləri ilə görüşləri nəzərdə tutulub.

İranın xarici işlər naziri Bağdad Hava Limanında media mənsublarına verdiyi qısa açıqlamada İraqın bölgədəki təbii və aktiv rolunu bərpa etməsinin İranı qane etdiyini bildirib və əlavə edib ki, Bağdada səfərinin məqsədi ikitərəfli məsələləri izləmək və mühüm regional və beynəlxalq məsələlərlə bağlı Bağdadla məsləhətləşmələri davam etdirməkdir.

Əmir Abdullahian qeyd edib ki, Bağdadla əla münasibətlərimizi nəzərə alaraq, qardaş İraqın bölgədəki normal roluna qayıtması məmnunluq doğurur və bu səfərin gündəliyində müxtəlif məsələlər var.

Əmir Abdullahian Bağdad Hava Limanının çıxışında Qüds Qüvvələrinin keçmiş komandanı general-leytenant Hacı Qasim Süleymani və İraq Xalq Səfərbər Qüvvələrinin komandir əvəzi Əbu Mehdi Əl-Mühəndisin ABŞ terrorçu qüvvələri tərəfindən şəhid edildiyi nöqtəyə gedib və bu müqavimət cəbhəsi şəhidlərinin xatirəsini ehtiramla yad edib. 

342/