Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : APA
çərşənbə

22 fevral 2023

06:25:00
1348251

Braziliyada leysan nəticəsində ölənlərin sayı 44-ə çatıb

Ölən 7 nəfərin, o cümlədən üç uşaqın şəxsiyyəti müəyyən edilib.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Braziliyanın San-Paulu ştatına tropik siklon nəticəsində yaranan leysanda ölənlərin sayı 44-ə çatıb.

Bu barədə çərşənbə axşamı Folha de S.Paulo qəzeti məlumat verib. Daha əvvəl 40-a yaxın öldüyü bildirilirdi.

Ölən 7 nəfərin, o cümlədən üç uşaqın şəxsiyyəti müəyyən edilib.

Nəşrin məlumatına görə, ötən həftə sonu bölgəyə bir aylıq normadan çox yağıntı düşüb.

 


 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!