Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
çərşənbə axşamı

21 fevral 2023

19:12:03
1348096

Çin Xarici İşlər Nazirliyi ABŞ-a ultimatum verdi

“Ağ Ev-in bizə mühazirə oxumağa haqqı yoxdur”

Çin hökuməti ABŞ-a xəbərdarlıq edib ki, Rusiyaya mümkün silah tədarükü ilə bağlı onun Pekinə şərtlər diktə etməyə haqqı yoxdur.

Xarici İşlər Nazirliyinin sözçüsü Van Venbin bu barədə deyib: “Ukraynadakı döyüş meydanını silahla təchiz edən məhz ABŞ-dır. Kim dialoqa və sülhə çağırır, kim silah paylayır və qarşıdurmaya təşviq edir?”.

Çin nümayəndəsi vurğulayıb ki, ABŞ-ın Çinə mühazirə oxumağa haqqı yoxdur və Pekin heç vaxt ABŞ-ın Çin-Rusiya münasibətlərini diktə etməyə və ya təzyiq göstərməsinə imkan verməyəcək.

342/