Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
bazar

19 fevral 2023

20:11:48
1347538

İ.Əliyev İranın rəsmi dairələrini səfirliyə hücumda ittiham edib

Azərbaycan Respublikası prezidenti İlham Əliyev Münhendə jurnalistlərin suallarını cavablandırarkən bir daha Azərbaycanın Tehrandakı səfirliyinə hücumu terror adlandırıb və İranı bu hücuma görə cavabdeh olmağa çağırıb.

İran, məhkəmə istintaqı və təhqiqatların nəticələrinə istinadla hücumçunun şəxsi zəmində cinayət törətdiyini bildirir və məhkəmə cinayət törədən şəxsin ilkin psixoloji müalicəsinə qərar verib. Cinayət üzrə iş isə davam etməkdədir və təfərrüatı ilə məlumat Azərbaycan Respublikasının rəsmi qurumlarına təqdim edilir.

Səfirliyə hücumdan dərhal sonra və hələ cinayətlə bağlı araşdırmalara başlanılarkən səfirliyin təxliyə edilməsinə qərar verən Azərbaycan Respublikasının prezidenti İlham Əliyev İranın təhqiqat prossesində Azərbaycan tərəfinin də iştirakına dair çağırışlarına məhəl qoymayaraq üstəlik İranın rəsmi dairələrini yanvarın 7-də Azərbaycanın Tehrandakı səfirliyinə qarşı hücuda əli olmaqda ittiham edib. O səfirliyə hücumun terror aktı olmasına dair iddiaya heç bir fakt təqdim etmədiyi kimi, İranın rəsmi dairələrini bu hücumda itthamlandırmasına da hansısa əsas gətirməyə lüzum görməyib.

Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə silahlı hücumdan dərhal sonra hadisə yerinə Tehran polisinin fəaliyyətdə olan rəisinin komandanlığı ilə əməliyyat qrupunun cəlb olunmasına işarə etməyən İlham Əliyev polisin əməliyyatına da kölgə salmağa çalışıb.

İrandan şəffaf araşdırma tələb edən Azərbaycan Respublikası prezidenti, nədənsə İranın əvvəlindən səsləndirdiyi birgə araşdırma çağırışına bu günədək heç bir  cavab verməyib.

Əsassız və heç bir məntiqə uyğun gəlməyən iddialarla İranı rəsmən Azərbaycan Respublikası səfirliyinə hecumda ittiham edən İlham Əliyev iki ölkə arasındakı münasibətlərin normallaşması üçün iddia etdiyi rəsmi dairələrin nümayəndələrinin cəzalandırılmasını şərt kimi irəli sürməklə əslində İranla münasibətlərə həmişəlik son qoymuş olduğunu, özünü dünya azərbaycanlılarının lideri adlandırmasına rəğmən sovet sərhədlərini bərpa etməyi planlaşdırdığını bildirmiş olub.

342/