Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : APA
bazar

19 fevral 2023

04:55:00
1347276

Qojaman Bayden silahlı hücumları ABŞ-ın “epidemiyası” adlandırıb

ABŞ Prezidenti Konqresi bu kimi hallara qarşı mübarizə aparmaq üçün tədbirlər görməyə çağırıb.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA: Amerika Prezidenti Co Bayden ABŞ-da tez-tez baş verən silahlı zorakılıq və hücumları “epidemiya” adlandırıb.

ABŞ Prezidenti Konqresi bu kimi hallara qarşı mübarizə aparmaq üçün tədbirlər görməyə çağırıb.

Bayden qeyd edib ki, 2023-cü ilin əvvəlindən bəri Birləşmiş Ştatlarda azı 73 kütləvi silahlı atışma hadisəsi baş verib. “Düşüncələr və dualar kifayət deyil. Silah zorakılığı “epidemiya”dır və Konqres hərəkətə keçməlidir”, - deyə o vurğulayıb.

Qeyd edək ki, fevralın 17-də ABŞ-ın Missisipi ştatında silahlı atışma olub. Nəticədə azı 6 nəfər ölüb. Polis şübhəli şəxsi saxlayıb. Hadisənin təfərrüatları ilə bağlı araşdırma aparılır.

 


 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!