Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
bazar ertəsi

13 fevral 2023

15:30:00
1346025

Cinayətkar Əliyevlər sülalə rejiminin səfiri: Azərbaycanla-İsrail münasibətləri yeni səviyyəyə keçib

Onun sözlərinə görə, Fələstin torpaqlarını işğal etmiş sionist İsrail rejimində cinayətkar əliyevlər sülalə rejim səfirliyinin açılmasına dair qərar bunun parlaq nümunəsidir.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, əliyevlər cinayətkr sülalə rejiminin qanunsuz İsrail sionist rejimindəki səfiri Muxtar Məmmədov "Kənd Təsərrüfatı və Təhsil" mövzusunda keçirilən Azərbaycan-İsrail İnnovasiya Forumunda deyib: “Azərbaycanla-İsrail münasibətləri yeni səviyyəyə keçib.”

Onun sözlərinə görə, Fələstin torpaqlarını işğal etmiş sionist İsrail rejimində cinayətkar əliyevlər sülalə rejim səfirliyinin açılmasına dair qərar bunun parlaq nümunəsidir.

Trend-in məlumatına görə, İslam Dünyasının bir nömrəli düşməni olan, uşaq qatili İsrail ilə əlaqələrin normallaşdırılması barədə söz açan Muxtar Məmmədov deyib: "Bildiyiniz kimi, ölkələrimizi çoxillik tarix və ənənələr birləşdirir. Biz Azərbaycanın dünya üçün ikitərəfli münasibətlərin inkişafında nümunəyə çevrilməsi ilə qürur duyuruq və mənim səfir vəzifəsində rolum bu münasibətlərin daha da möhkəmləndirilməsinə yönəlib".

Məmmədov, həmçinin, bugünkü forumun cinayətkar əliyevlər sülalə rejimi ilə işğalçı İsrail rejimi arasında əməkdaşlığın gücləndirilməsinə imkan yaradacağını da əlavə edib.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!