Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
bazar ertəsi

13 fevral 2023

12:25:00
1345966

İsrail təcrübəsi Azərbaycanda təhsil sistemini yaxşılaşdırmağa kömək edəcək - Emin Əmrullayev

Nazirin sözlərinə görə, STEM metodikalı mərkəzlərin fəaliyyəti çərçivəsində robotexnika və dronların layihələndirilməsi kimi texnologiyalar Azərbaycanda təhsil proqramının əsasını təşkil edəcək.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Azərbaycanın təhsil naziri Emin Əmrullayev "Kənd Təsərrüfatı və Təhsil" mövzusunda keçirilən Azərbaycan-İsrail İnnovasiya Forumunda deyib: “Azərbaycanın təhsil sistemində innovasiyaların tətbiqi bizim təməl qaydaları unutmalı olduğumuz anlamına gəlmir. Bəli, biz təhsil sistemimizdə innovasiyaları tətbiq etməyə çalışırıq. Azərbaycan gənc və inkişaf etməkdə olan ölkədir və biz ümid edirik ki, İsrailin təcrübəsi bizə ölkənin təhsil sistemini yaxşılaşdırmaqda kömək edəcək".

Trendin məlumatına görə o, həmçinin, bu gün Azərbaycanda STEM metodikası ilə fəaliyyət göstərən 30 mərkəzin olduğunu qeyd edib.

Nazirin sözlərinə görə, bu mərkəzlərin fəaliyyəti çərçivəsində robotexnika və dronların layihələndirilməsi kimi texnologiyalar Azərbaycanda təhsil proqramının əsasını təşkil edəcək.

Qeyd edək ki, STEM təhsildə yeni yanaşmadır. Burada təbii-elmi və texniki biliklər üzrə bütün sahələr birləşir, təlim alanlar isə bu bilikləri dərslikdən deyil, yaradıcı tapşırıqları həll etməklə əldə edir.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!