Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
şənbə

11 fevral 2023

12:30:00
1345444

Pakistan Şiə Üləma Şurasının mərkəzi katibi Məkkədə İmam Əlinin (ə) bayrağını dalğalandırdığı üçün həbs edilib

Pakistanlı şiə alimi İmam Əlinin (ə) mövludu münasibəti ilə üzərində Ya Mürtəza Əli! yazılmış bayrağı Allah Evi Kəbənin yanında dalğalandırdığı üçün həbs edilib.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən,  Ümrə Həccini yerinə yetirmək məqsədi ilə Məkkə şəhərinə ziyarətə gedən Pakistan Şiə Üləma Şurasının mərkəzi katibi Əllamə Seyid Nazir Abbas Təqəvi sionist yönlü Səudiyyə vəhhabi rejimin kəşfiyyat qüvvələri tərəfindən həbs edilərək naməlum yerə aparılıb.

Əllamə Seyid Nazir Təqəvi Rəcəbül-Mürcab ayının 13-ü və Əmirəlmöminin Əlinin (ə) mövludu münasibəti ilə Məkkədə, Allah Evi Kəbənin yanında üzərində Ya Mürtəza Əli! yazılmış bayrağını dalğalandırmışdır.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!