Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
cümə axşamı

9 fevral 2023

16:16:55
1345103

Haqqın.az portalı Sepaha sataşdı

Azərbaycanın media məkanında fırıldaqçılığı ilə tanınan və ailə rejiminə yaxın olan Eynulla Fətullayevin Haqqın.a saytı İranı şərləyərək sərsəm iddia irəli sürüb.

sayt yazır ki, İran guya Ermənistanla birlikdə Laçın-Qubadlı istiqamətində hücuma hazırlaşır.

Haqqın.az bu gülünc iddianı guya öz mənbələrinə istinadən yayıb.

Saxta məlumata görə, provokasiyanın hazırlanması və həyata keçirilməsində guya İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) 30 diversantı iştirak edəcək. Sayt hazırda SEPAH-ın əsasən etnik azərbaycanlılardan təşkil edilən diversiya qrupunun Ermənistan-Azərbaycan sərhədində – Zəngəzur vilayətində yerləşdiyini bildirib. Onların Ermənistan Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin əməkdaşları ilə birgə hazırlıq işi apardığı vurğulanıb.

Ermənistana gələn diversiya qrupuna SEPAH generalının rəhbərlik etdiyi və onun adının artıq Azərbaycan hökumətinə bəlli olduğu qeyd edilib. Bu şəxs uzun müddət Suriyada xidmət edib və yerli lokal döyüşlərin reallaşdırılmasına, diversiya hücumlarının təşkilinə rəhbərlik edib.

Məzhəkəli iddianın davamında qeyd olunur ki, birinci hücum diversantlar tərəfindən Ermənistan ordusunun formasında Azərbaycan postlarından birinə həyata keçiriləcək. İkinci qrup isə guya Azərbaycan ordusunun formasını geyinərək, erməni postlarından birinə hücum edərək, əsgərlərin hamısını öldürəcək, sonra isə Zəngəzura Sepah-ın əlavə qüvvələrinin yeridilməsi, daha sonra isə Azərbaycanın postları və mövqelərinə hücumları nəzərdə tutulub.

Sayt hücum vaxtının təsadüfən seçilmədiyini iddia edib. Haqqin.az İrəvanın Türkiyənin zəlzələ ilə başının qarışmasından istifadə edərək, Tehranla öz planını tələsik gerçəkləşdirməyə çalışdığını yazıb.

Görünür, sionist ağalarının təlimatı əsasında fitnə-fəsadla məşğul olan Eynulla Fətullayev kimi işbazlar belə uydurmaları ortaya atmaqla gündəmdə qalmağın yolunu tapıblar.

342/