Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
cümə axşamı

9 fevral 2023

16:16:30
1345102

Azərbaycan bankları Türkiyədəki zəlzələdən pul qazanırlar

Azərbaycan Respublikasında hakimiyyətin nəzarətində olan banklar Türkiyədəki zəlzələdən pul qazandıqları bildirilir.

 Türkiyədə baş vermiş güclü zəlzəyə görə dövlət qurumu olan AFAD bank hesabı açıb. Müxtəlif ölkələrdə yaşayan insanlar rəsmi bank hesablarına pul köçürüb, zərər çəkənlərə yardım edirlər.

Azərbaycanda isə insanlar şikayətlənir ki, zəlzələdən ziyan görənlərə yardım üçün Türkiyəyə pul köçürmək istəyirlər, ancaq yerli banklar və Dövlət Vergi Xidməti pul köçürmələrindən Əlavə Dəyər Vergisi tutur.

Vətəndaşlar deyir ki, fövqəladə hallara görə ƏDV ləğv edilsə, yardım kampaniyasına daha çox insan qoşulacaq.

Bu arada müxalifət nümayəndələri Əliyev hökumətini qardaş adlandırdığı ölkəyə lazımi qədər yardım göstərməməkdə ittiham edirlər.

342/