Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
bazar ertəsi

6 fevral 2023

18:39:46
1344183

Türkiyədə dəhşətli zəlzələ baş verib

Türkiyənin Kahramanmaraş Pazarcık rayonunda yerli vaxtla saat 04:17-də 7,4 bal gücündə zəlzələ baş verib. Zəlzələ Kahramanmaraş, Hatay,

Osmaniye, Adıyaman, Gaziantep, Şanlıurfa, Diyarbakır, Malatya ve Adana başda olmaqla ətraf ərzailərdə, o cümlədən Ankarada da hiss edilib.

Ən son məlumata görə zəlzələ nəticəsində azı 284 nəfər ölüb, 2323 insan xəsarət alıb, 1710 bina tamamilə dağılıb.

Türkiyə tərəfindən zəlzələnin gücünün 7,4 baldan ibarət olduğu bildirilsə də, Avropanın aralıq dənizi seysmologiya mərkəzi Türkiyənin Kahramanmaraş Pazarcık rayonunda zəlzənin 7,7 Amerikanın seysmologiya mərkəzinin isə 7,8 bal gücündə baş verdiyini bildiriblər.

Zəlzələnin mərkəzinin Suriyaya yaxın olduğuna görə bu ölkənin xəbər qaynaqları Suriyanın şimalında Laziqiyyə,Hələb, İdlib, Firdövs, Səlahəddin və Bostanəl-Qəsr ərazisində də geniş dağıntıların baş verdiyini son məlumata görə 237 nəfərin öldüyü 639 nəfərin yaralandığını bildirir.

Zəlzələ bölgəsində bəzi tarixi abidələrin və infrastrukturun da dağıldığı deyilir.

Türkiyə prezidenti faciənin xalqın köməyi ilə qısa zamanda arxada qoyulacağına ümid edib.

Türkiyənin daxili işlər naziri ölkənin hər bir yerindən yardım və xilasetmə qruplarının zəlzələdən zərər çəkən Hatay və Qaziantep bölgələrinə yollandığını bildirib.

Süleyman Soylu Türkiyədə zəlzələ zonasında 4-cü dərəcəli həyəcan elan edilib.

 “4-cü dərəcəli həyəcan elan edilib. Bu da beynəlxalq yardım zərurətini ehtiva edir” – deyə nazir bildirib.

Bir çox ölkələr və beynəlxalq təşkilatlar tərəfindən Türkiyədə zəlzələdən zərər çəkmiş əhaliyə yardım təklifləri edilib.


342/