Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
bazar ertəsi

6 fevral 2023

18:39:15
1344182

Rəsmi Bakı nədən nigarandır?

Türkiyənin cənubunda baş verən şiddətli zəlzələdən sonra Azərbaycan Respublikası bu ölkə vətəndaşlarına təlimatlar verməkdə davam edir.

Türkiyəni qardaş adlandıran Azərbaycan Respublikası hökuməti bu ölkə tarixində baş vermis ən dəhşətli zəlzələ və onun nəticəsində yaranmış geniş miqyaslı dağıntılar və insan tələfatı olarkən, zəlzələ bölgələrində azərbaycanlı axtarmağa başlayıb.

Digər ölkələrə səpələnmiş Azərbaycan vətəndaşlarının taleyi ilə heç vaxt maraqlanmayan və sadəcə onlar tərəfindən özünə qarşı hansısa etiraz və təhdid hiss etdikdə onları təqiblərə məruz qoyan rəsmi Bakı qardaş adlandırdığı ölkənin bu ağır durumunu görməzdən gələrək tez-tez bəyanatlar yayır və özünü türkiyədəki azərbaycanlı didərginlərə qayğıkeş göstərməyə çalışır.Belə ki, Azərbaycanın Türkiyədəki səfirliyi güclü zəlzələdə zərər çəkmiş Türkiyə Respublikasında yaşayan və müvəqqəti səfərdə olan Azərbaycan Respublikası vətəndaşlarına müraciət edib.Səfirlik Azərbaycan vətəndaşlarına tövsiyə edib ki, korrupsiya mənbəyi olan Azərbaycan diaspor təşkilatlarının fəalları ilə və səfirliklə əlaqədə olsunlar.Nəyə görə əlaqədə olmaları və onlara hansısa yardım ediləcəyindən heç bir söhbət getmir.

342/