Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
bazar

5 fevral 2023

15:53:36
1343798

Kuba baş nazirinin müavini Əmir Abdullahiana xitabən: Ümid edirik ki, səfəriniz İran və Kuba arasında münasibətlərin möhkəmlənməsi üçün dönüş nöqtəsi olacaq

Kuba baş nazirinin müavini Əmir Abdullahiana xitabən deyib: "Ümid edirik ki, səfəriniz İran və Kuba arasında münasibətlərin möhkəmlənməsi üçün dönüş nöqtəsi olacaq".

 İranın xarici işlər naziri Hüseyn Əmir-Abdollahian şənbə günü Havanada Kuba rəsmiləri ilə görüşlərinin davamında bu ölkənin baş nazirinin müavini Rikardo Kabrisas Ruiz ilə görüşüb.

Əmir Abdullahian bu görüşdə Kubanın prezidenti və xarici işlər naziri ilə keçirdiyi görüşlərə toxunaraq, deyib: "Kuba prezidenti ilə yaxşı danışıqlar apardıq və həmkarım (Kubanın xarici işlər naziri) ilə bütün detalları müzakirə etdik".

Əmir Abdullahian İran hökumətinin Latın Amerikasına, xüsusən də qardaş və dost ölkə Kubaya xüsusi diqqət yetirdiyini vurğulayıb.

O, əlavə edib: "İran və Kuba siyasi müstəqillik üçün ağır bədəl ödəyiblər və müstəqilliyin qorunması bizim üçün çox vacibdir".

Kuba baş nazirinin müavini öz növbəsində deyib: "Bu gün qaldırdığımız məsələlər haqqında bir neçə ildir ki, danışırıq".

O, İran xarici işlər nazirinin Havanaya səfərinin iki ölkə arasında münasibətlərin möhkəmlənməsi üçün dönüş nöqtəsi olacağına ümid etdiyini bildirib.

Şənbə günü İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan yüksək səviyyəli nümayəndə heyətinin başçılığı ilə Havanaya ggedərək, bu ölkə prezident və xarici işlər naziri ilə görüşüb.

342/