Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
bazar

5 fevral 2023

15:53:06
1343797

Aliməqamlı Rəhbər amnistiyanı, məhkumların cəzasının yüngülləşdirilməsini təsdiq edib

İslam İnqilabının Aliməqamlı Rəhbəri İslam İnqilabının qələbəsinin 44-cü ildönümü və mübark Rəcəb ayının bayramları münasibətilə İranda son iğtişaşlar zamanı məhbuslar da daxil olmaqla, on minlərlə məhkumun əfv edilməsinə və cəzanın yüngülləşdirilməsinə razılıq verib.

 İranın Məhkəmə Hakimiyyətinin başçısı Qulamhüseyn Möhseni-Ejeinin Həzrət Ayətullahül-üzma Xameneiyə təqdim etdiyi təklifdən sonra Aliməqamlı Rəhbər son hadisələrdə həbs edilmiş çoxlu sayda məhkumun, eləcə də ümumi, inqilabi və hərbi məhkəmələr tərəfindən məhkum edilmiş şəxslərin əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında fərman imzalayıb. 

Hüccətül-İslam vəl-müslimin Qulamhüseyn Möhseni Ejeinin İslam İnqilabının Aliməqamlı Rəhbərinə ünvanladığı məktubda deyilir: "Son hadisələr zamanı bir sıra insanlar, xüsusilə də gənclər, düşmənlərəin təhrik və təbliğatı nəticəsində yanlış davranış və cinayətlər törədiblər. Hansı ki, özlərinin əziyyət çəkməsi ilə yanaşı ailələrinə və yaxınlarına da problem yaradıblar. İndi onların böyük bir hissəsi xarici düşmənlərin və anti-inqilabçı və xalq əleyhinə cərəyanların planlarını ifşa edib peşmanlıq göstərdikdən sonra bağışlanma diləyirlər".

Ədliyyə başçısı məktubunda yazıb: "Təqsirləndirilən və məhkum edilmiş şəxslərin əfv edilməsinin və cəzasının yüngülləşdirilməsinin ümumi şərtləri ekspertiza işi aparıldıqdan və səlahiyyətli orqanlarla məsləhətləşdikdən sonra iki hissədən ibarət hazırlanıb".

Bu məktubun birinci hissəsində son hadisələrlə bağlı təqsirləndirilən və məhkum olunmuş şəxslərə amnistiya verilməsinin və cəzanın yüngülləşdirilməsinin şərtləri açıqlanarkən, qeyd olunan tələbləri yerinə yetirdikləri təqdirdə təqsirləndirilən və məhkum edilmiş şəxslərin işlərinin istənilən mərhələdə bağlanacağı vurğulanmışdır.

Son iğtişaşlarda məhkum edilmiş şəxslər əcnəbilərin xeyrinə casusluq etmək, xarici kəşfiyyat xidmətlərinin agentləri ilə birbaşa əlaqədə olmaq, qəsdən adam öldürmə və ya xəsarət yetirmə, dövlət, hərbi və ictimai obyektləri məhv edib, yandırmaq halları istisna olmaqla və xüsusi iddiaçı olmadığı təqdirdə əfv ediləcək və ya cəzaları yüngülləşdiriləcəkdir. 

Ədliyyə orqanının rəhbərinin ümumi, inqilabi və hərbi məhkəmələrin hökmü ilə məhkum edilmiş şəxslərin əfv edilməsi və cəzanın yüngülləşdirilməsi ilə bağlı müraciətinin ikinci hissəsində də bir sıra şərtlər irəli sürülüb.

Hüccətül-İslam vəl-müslimin Qulamhüseyn Möhseni Ejeinin məktubunda bir neçə kateqoriya bu amnistiyadan istisna edilib. O cümlədən, odlu silah alveri ilə məşğul olanlar, silahlı soyğunçuluq və oğurluq edənlər, narkotik və halüsinojenlərlə bağlı cinayətlər törədənlər, korrupsiya və fahişəlik mərkəzləri yaradan şəxslər, sistemli və müntəzəm şəkildə spirtli içkilərin, mallarının və valyutanın qaçaqmalçılığı ilə məşğul olanlar, iqtisadi sistemin sabitliyini pozmaqda, daxili və xarici təhlükəsizliklə bağlı cinayətlərdə təşəbbüs göstərənlər və ya iştirak edənlər bu ümumi əfv fərmanından istisna ediblər.

342/