Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
şənbə

4 fevral 2023

13:26:49
1343583

Rövnəq Abdullayevin oğlunun London malikanəsi üzə çıxıb

Azərbaycan Dövlət Neft Şirkəti SOCAR-ın keçmiş rəhbəri Rövnəq Abdullayevin oğlunun 20 milyon dollardan çox qiyməti olan London malikanəsi ifşa olunub.

Rəşad Abdullayevin aldığı “ultrabahalı” mülk Londonun prestijli Grosvenor meydanında yerləşir.

Məlumatda deyilir ki, bu dəbdəbəli mənzil ofşor şirkəti vasitəsilə alınıb.

Bu da qeyd olunur ki, sözü gedən mənzil uzun illər SOCAR-ın prezidenti olmuş Rövqnəq Abdullayevin ailə üzvlərinə xarici ölkədə aid olduğu aşkar olunan ilk daşınmaz əmlakdır.

Qeyd edək ki, İlham Əliyevin sərəncamı ilə 2022-ci il fevralın 10-da Rövnəq Abdullayev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti vəzifəsindən azad edilib, sonra isə iqtisadiyyat nazirinin müavini təyin edilib.

Rövnəq Abdullayevin hələ ötən ilə qədər rəhbərlik etdiyi şirkət fəaliyyətinin qeyri-şəffaflığına və Azərbaycan elitasının ictimai vəsaitlər hesabına varlanmasına xidmət etdiyinə görə sərt tənqid olunur.

Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Mübarizə Layihəsi OCCRP-in araşdırmaları göstərir ki, Rəşad Abdullayevin Londonun ən bahalı məhəllələrində birində yerləşən mənzilinin adı məxfi ofşor şirkəti vasitəsilə 2019-cu ildə 22.4 milyon dollara alındığı məlum olub.

Araşdırmaçı jurnalistlər yazırlar ki, bu çoxmənzilli binadan vaxtilə ABŞ Dəniz Donanması istifadə edib.

OCCRP yazır ki, sözü gedən mənzil üçün ödənmiş pulun mənşəyi məlum deyil. Rəşad Abdullayev araşdırma müəlliflərinin sorğularına cavab verməyib. Onun atası Rövnəq Abdullayev isə email vasitəsilə cavabında yazıb ki, o oğlunun sözü gedən mənzili üçün heç bir ödəniş etməyib və mənzilin alınması üçün verilən pulun mənşəyi barədə heç nə bilmir.

Hesabatda deyilir ki, SOCAR-ın illik hesabatından prezidentin və onadək vitse-prezidentlərin illik maaş və mükafatlarının toplam 800 min dollardan az olduğu görünür. Bu həm də onu göstərir ki, yalnız Rövnəq Abdullayevin maaşı ilə sözü gedən London mənzilini almaq mümkün olmamalıydı.

342/