Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
cümə axşamı

2 fevral 2023

16:45:00
1343137

Dünya Əhli-Beyt (ə) Assambleyası sionist hərbçilərin “Ceninə” vəhşicəsinə hücumunu pisləyib

Bu hücum qaçqın düşərgəsinin sakinləri və Fələstin müqavimət qruplarının qəhrəmancasına və cəsur qarşıdurması ilə qarşılaşdı.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Ümumdünya Əhli-Beyt (ə) Assambleyası bəyanat yayaraq sionist qüvvələrin Ceninə vəhşicəsinə hücumunu pisləyib.

Dünya Əhli-Beyt (ə) Məclisinin bəyanatının bir hissəsində belə yazılıb:

 

Bismilləhir Rahmənir Rahim

Sionist işğalçı rejim insan haqları ilə bağlı səssizliyin və qlobal təkəbbürün ikili standartının sayəsində, son 75 ildə ardıcıl, silsilə cinayətlərin davamında Cenin şəhəri və qaçqın düşərgəsinə vəhşicəsinə hücum edib. Lakin bu hücum qaçqın düşərgəsinin sakinləri və Fələstin müqavimət qruplarının qəhrəmancasına və cəsur qarşıdurması ilə qarşılaşdı. Nəticədə Fələstin müqaviməti sionist rejimlə qarşıdurmada, düşmənin planlarını məğlub etdi və sionistlərin hücumu davam etdirməkdən geri çəkilməsində yeni təcrübə qazanıldı...

 

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!