Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
çərşənbə

1 fevral 2023

19:18:57
1343041

Rəsmi Bakıdan qərar: Allah adını dilinə gətirənin dili kəsilməlidir

Azərbaycan Respublikasına hökmranlıq edən ailə rejimi artıq ölkədə Allah sözünü deyəni də həbs etmək qərarına gəlib.

SəhərAzəri-nin məlumatına əsasən, Öncə də sadəcə müsəlmanlara qarşı tolerant olmayan və yalnız yəhudilərin sərbəst fəaliyyətini təmin etməkdə öhdəlikli olan  bu rejim Azərbaycan Respublikasının müsəlman xalqı və dindar kəsimi əleyhinə repressiya siyasəti aparmışdır. Ancaq son günlər bu ölkənin Tehrandakı səfirliyinə qarşı hücumdan sonra dindar müsəlmanlara aqressiya siyasətini daha da gücləndiribdir.

Azərbaycan Respublikası xalqının müsəlman olmasına görə, daima İranı ittiham edən öz xalqının mentalitetinə biganə olan ailə rejimi bu gün 39 vətəndaşı social şəbəkələrdə anti-İran fəaliyyətlərinə qatılmadıqlarına görə həbs edib.

DİN bir məlumat yayaraq, bu nazirlik əməkdaşlarının keçirdikləri xüsusi əməliyyat tədbirləri nəticəsində 39 nəfərin müəyyən edilərək saxlanıldığını bildirib.

Saxlanılanların günahı dindar görünmək, sosial şəbəkələr üzərindən İran əleyhinə təbliğatlara qoşulmamaq olmuşdur.

DİN-in məlumatında sionistlərə qarşı hərhansı ifşaçılığı nəzərdə tutan “Azərbaycanda formalaşmış tolerantlıq ənənələrinə xələl gətirmək” ittihamı da saxlanılanlara qarşı yer almışdır. Həmin ittihamın bir başa İranla əlaqələndirildiyi də ailə rejimi üçün artıq ənənəyə çevrilmişdir.

Azərbaycan Respublikası xalqının şiəlik etiqadının hərhansı təzahürünü “məzhəb ayrı-seçkiliyi salmaq” hesab edən heykəl rejimi, saxlanılanları dini mərasimlər və sosial şəbəkələrdə Azərbaycanın tarixi əlifbası olan ərəb əlifbası ilə Ya Hüseyn(ə), Ya Əbəlfəzl(ə) Ya Fatimə(s) və… yazılarından istifadə etməkdə günahlandırır.

Öz keçmişindən uzaq düşmüş DİN əməliyyatçıları, islam dünyasının hər bir nöqtəsində olduğu kimi sovetlərdən öncə Qafqazda da əsas istifadə olunan Quran əlifbasını fars yazıları adlandıraraq özünü gülünc vəziyyətdə qoyub.

Dünən də artıq başını itirmiş kimi görünən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “İnteraz” və “SalamNews” medialarına qarşı “Don Kixot” əməliyyatına keçərək orda da 7 nəfəri İrana casusluq ittihamı ilə həbs etdi.

Çox da tanınmayan və ciddi fəaliyyət ortaya qoymayan bu iki media qurumu Moskva və Türkiyə üzərindən fəaliyyətə başlamış və uzun illərdir Bakıda Azərbaycan Respublikasının müvafiq dövlət qurumları tərəfindən tam qanuni və icazəli şəkildə fəaliyyət göstərir. Belə olan halda fəaliyyəti daima Azərbaycan iqtidarının gözü önündə olan bu iki media qrumunun bir gecə də casusa çevrilməsi Azərbaycan Respublikası hakimiyyətində yaranmış son şizofreniya barədə ciddi nigaranlıqlar doğurur. 

342/