Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
çərşənbə

1 fevral 2023

19:18:24
1343040

Vahidi: Xilasetmə əməliyyatları başa çatıb; Zəlzələ nəticəsində 2 nəfər ölüb

İran daxili işlər naziri Əhməd Vəhidi Xoy şəhərində 5,9 bal gücündə baş verən zəlzələdə zərər çəkmiş kəndlərdə xilasetmə əməliyyatlarının başa çatmasına toxunaraq deyib: "Hazırda təcili yerləşdirmə mərhələsindəyik və bununla bağlı mühüm tədbirlər görülüb".

 Daxili işlər naziri zəlzələnin episentri yaxınlığında zərər çəkmiş kəndlərdən birinin sakinlərinin toplantısında əlavə edib: "Zəlzələdən zərərçəkənləri yerləşdirmək üçün çoxlu düşərgələr yaradılıb və insanlar arasında çoxlu çadırlar paylanıb".

O, zəlzələ nəticəsində 70 kəndin infrastrukturuna zərər dəydiyini bildirərək, qeyd edib ki, yardım və xilasetmə qrupları zərərçəkmiş kəndlərdə bütün insanların vəziyyəti ilə bağlı lazımi yoxlamalar aparıb və hazırda dağıntılar altında heç kim qalmayıb.

Vahidi təcili yerləşdirmə mərhələsini başa çatdırmağın planlaşdırıldığını və isti yemək hazırlamaq üçün də səylər göstərildiyini bildirib. 

Daxili işlər naziri fövqəladə hallar qüvvələrinin xəstələrə və yaralılara vaxtında yardım göstərdiyini bəyan edərək, deyib: "Bütün yaralılar xəstəxanaya çatdırılıb və onları bir çoxuna ambulator müalicə alıb. Yalnız məhdud sayda xəstəxanaya yerləşdirilməli olub, bu da edilib və bununla bağlı heç bir problem yoxdur".

O, əlavə edib: "Bu hadisədə 2 nəfər zəlzələ nəticəsində, 1 nəfər isə infarkt nəticəsində həyatını itirib ki, ailələrinə Uca Allahdan səbr diləyirik.

Sonda daxili işlər naziri qeyd edib ki, zəlzələlərin idarə edilməsi sahəsində növbəti addım dağıntıların aradan qaldırılmasıdır ki, buna yaxın günlərdə başlanacaq.

342/