Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
çərşənbə axşamı

31 yanvar 2023

16:39:33
1342766

Laçın dəhlizi amerikalı qanunvericilərin gündəmində

ABŞ Konqresində Laçın dəhlizinin blokadasının açılmasını tələb edən qətnamə təqdim olunub.

ABŞ Konqresinin Erməni Qrupunun həmsədrləri Azərbaycan tərəfindən Dağlıq Qarabağın blokadasına son qoyulmasını tələb edən qətnamə layihəsini dövriyyəyə buraxıblar.

Qətnamə layihəsində Azərbaycanın hərəkətlərini qəti şəkildə pisləməklə yanaşı, ABŞ-ın vəziyyəti həll etmək üçün edə biləcəyi bir sıra müəyyən tədbirlər də öz əksini tapıb. Xüsusilə bu addımları təklif olunur:

Azərbaycanın – layihədə deyildiyinə görə - törətdiyi hərbi cinayətlərin beynəlxalq araşıdırlmasına kömək etmək;

Laçın dəhlizində beynəlxalq müşahidəçilərin yerləşdirilməsi istiqamətində beynəlxalq tərəfdaşlarla əməkdaşlıq;

ABŞ-nin Azərbaycana veriyi hərbi və təhlükəsizlik yardımın dayandırılması;

Azərbaycan məmurlarına qarşı qanunla nəzərdə tutulmuş sanksiyalar tətbiq etmək;

Qarabağda humanitar böhrandan zərər çəkmiş əhaliyə yardım göstərmək, o cümlədən Dağlıq Qarabağda Birləşmiş Ştatların Beynəlxalq İnkişaf Agentliyinin ofisi açmaq;

Qətnamə layihəsini hazırlayan konqresmen Frank Pallone ABŞ konqresmenlərinə yazdığı məktubda onları qətnamə layihəsinin irəli sürülməsinə dəstək etməyə çağırıb. O vurğulayıb: “Əliyev rejimi yerli erməni əhalisini Artsaxdan çıxarmaq və onları öz doğma torpaqlarında azad, ləyaqətli və demokratik yaşamaq imkanından məhrum etmək üçün düşünülmüş addımlar atır. Bu, etnik təmizləmənin bariz əlamətidir və biz onu gözardı edə bilmərik”.

Pallone həmçinin Birləşmiş Ştatları dərhal hərəkətə keçməyə və dəhlizin açılması üçün bütün mövcud diplomatik vasitələrdən istifadə etməyə çağırıb.

342/