Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
bazar ertəsi

30 yanvar 2023

17:48:53
1342445

Ərdoğan ABŞ və Fransanı qınayıb

Türkiyə ABŞ-dan nə döyüş təyyarələrini, nə də onlara ödənilən pulu alıb. bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğan Amerikanın Türkiyəni Rusiyadan S-400 almasına görə cəzalandırmasına eyni zamanda ABŞ-ın etimadolunası ortaq olmadığına eyham vurub:

“S-400 almağımızla bağlı heç nə təklif etmədən bizi təhdid edənlər var idi. İndi biz F-16-ların tədarükü ilə bağlı danışıqlar aparırıq, lakin bizə rədd cavabı verilir. Bizə F-35 təyyarələri vəd etdilər, lakin sözlərini tutmadılar. Baxmayaraq ki, biz təxminən 1 milyard 400 milyon dollar ödəmişik. Təyyarə yoxdur, pul da qaytarılmayıb”, - o bildirib.

Ərdoğan Türkiyənin hər zaman sözünü tutduğuna və tərəfdaşlarından da bunu gözlədiyinə diqqət çəkib.

Türkiyə prezidenti Fransanın da etibarlı tərəfdaş olmadığını vurğulayıb: 

“Makron dürüst deyil. Amma biz istəyirik ki, beynəlxalq siyasət səmimiyyət üzərində qurulsun. Səmimiyyət olmayan yerdə inam da yoxdur. Təbii ki, dünyada belə liderlər çoxdur. Təəssüf ki, onlar Yunanıstanla münasibətlərdə Türkiyəni görməzdən gəlirlər”, - Ərdoğan bildirib.

Türkiyə prezidenti rəsmi Parisi kəskin qınayıb: “Paris beynəlxalq aləmdə nüfuzunu itirir, Fransa Prezidenti Emmanuel Makron isə dövlət başçısı olmağa layiq deyil.”

342/