Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
bazar

29 yanvar 2023

19:23:05
1342126

Qüds əməliyyatından sonra fələstinlilərin kütləvi həbsi başlayıb

İşğal olunmuş Qüdsdə şəhadətsevərlik əməliyyatları və atəş açmalardan sonra sionist rejim ordusu fələstinlilərin kütləvi həbslərinə başlayıb.

 Ötən cümə axşamı İordan çayının qərb sahili sionist rejim hərbçilərinin Cenin şəhərinə hücumu və yeni cinayətinin şahidi idi. Hansı ki, 11 fələstinlinin şəhid olması, 20 fələstinlinin isə yaralanması ilə nəticələndi. 

Sionistlərin bu cinayətindən təkcə bir gün sonra bir fələstinli gənc işğal olunmuş Qüdsdə 8 sionistin ölümü və 12 nəfərin yaralanması ilə nəticələnən müqavimət əməliyyatı həyata keçirdi; Bəzi mənbələr sionist rejimin ölənlərinin sayının 10 nəfər olduğunu bildirirlər.

"Sky News" kanalının məlumatına görə, sionist rejim ordusu işğal olunmuş Qüds və İordan çayının qərb sahilinin bir neçə şəhərində altmış fələstinlini həbs edib. Bu elə bir haldadır ki, ümə gecəsi Qüdsdə şəhadətsevərlik əməliyyatından sonra sionist rejim polisi 42 fələstinlini həbs etdiyini bildirmişdi. 

Sionist İsrail polisinin nəzarət departamentinin rəhbəri Yaqub Şəbtai şənbə günü səhər saatlarından etibarən bütün polislərin 12 saatlıq iş rejimində çalışacağını və polisin işğal olunmuş ərazilərin sakinlərindən şübhəli şəxs gördükləri təqdirdə polis şöbəsinə müraciət etmələrini xahiş etdiyini bildirib.

Sionist rejimin kanal 14-ü etiraf edib ki, şənbə günündən bəri Fələstin müqavimət qrupları İordan çayının qərb sahilində və Qüdsdə sionistlərə qarşı 57 əməliyyat həyata keçiriblər.

342/