Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
bazar

29 yanvar 2023

19:16:21
1342116

Qətərin xarici işlər naziri nüvə sazişi tərəflərinin mesajlarını daşıyır

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian bu gün Qətərin xarici işlər naziri vasitəsilə nüvə razılaşmasının digər tərəflərindən mesaj aldıqlarını bildirib.

 Hüseyn Əmir Abdullahian rəsmi təmaslar üçün Tehranda səfərdə olan Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman Ali Sani ilə birgə mətbuat konfransında Qətər dövlətinin "İrana qarşı sanksiyaların aradan qaldırılması üzrə danışıqların" uğur qazanmasına yönəlmiş səylərini yüksək qiymətləndirib və əlavə edib: "Qətər həmişə nüvə müzakirələrində iştirak edən tərəfləri öz öhdəliklərinə qaytarmağa çalışır və bu gün Qətərin xarici işlər naziri vasitəsilə nüvə razılaşması tərəflərindən mesajlar aldıq".

Xarici işlər naziri vurğulayıb ki, İran İslam Respublikası həmişə regional dialoqu alqışlayıb və hesab edir ki, dialoq və çiyin-çiyinə məsuliyyət region ölkələri arasında sıx və davamlı əməkdaşlıq səviyyəsinə nail olmağa və beləliklə, regionda sülh və kollektiv təhlükəsizliyin bərqərar olmasına yol açır.

Eyni zamanda Əmir Abdullahian deyib: "Mən bu gün Qətərin xarici işlər naziri iləgörüş zamanı Amerikanın və Avropa üçlüyünün İrandakı son iğtişaşlarda müdaxiləçi və qeyri-konstruktiv mövqelərini nəzərdən keçirdim. Amma biz sanksiyaların aradan qaldırılması üçün danışıqlarla bağlı məsələlərin həlli ilə bağlı Qətərdəki dostlarımızın hər hansı təşəbbüsünü və ya verdiyi mesajı alqışlayırıq.

Qətərin xarici işlər naziri "Məhəmməd bin Əbdülrəhman Ali Sani" İranın yüksək səviyyəli rəsmiləri ilə görüşmək və fikir mübadiləsi aparmaq üçün bazar günü Tehrana səfər edib.

342/