Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
bazar

29 yanvar 2023

18:15:00
1342089

Doktor Rəisi: Quranı və İlahi dinləri təhqir etmək çirkin, iyrənc və rədd edilmiş bir əməldir

Azadlığın beşiyi olduğunu iddia edən Avropada Qurani-Kərimin təhqir olunmasını pisləyən prezident vurğulayıb: Qurani-Kərimi və Allahın ən gözəl məxluqunu, yəni Peyğəmbəri (s) təhqir edənlər bilməlidirlər ki, onlar bütün İbrahim dinlərini və insanlığı təhqir etmişlər.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Hüccətül-İslam vəl-Muslimin, Dr.Seyid İbrahim Rəisi azadlığın beşiyi olduğunu iddia edən Avropada Qurani-Kərimin təhqir olunmasını pisləyərək vurğulayıb:

“Qurani-Kərimi və Allahın ən gözəl məxluqunu, yəni Peyğəmbəri (s) təhqir edənlər bilməlidirlər ki, onlar bütün İbrahim dinlərini və insanlığı təhqir etmişlər.”

Ayətullah Rəisi əlavə edib: “Bu çirkin iş və bu kimi hallar söz azadlığı adı altında həyata keçirilir ki, bu da əslində insanlığa qarşı ən pis təhqir hesab olunur. Dünyada heç kim bu çirkin hərəkəti qəbul etmir, çünki bu addım, ifadə azadlığının əleyhinədir və insan cəmiyyətlərində ifadə azadlığını əngəlləyir. Quranı və İlahi dinləri təhqir etmək çirkin, nifrət dolu və rədd edilmiş bir hərəkətdir.”

Doktor Rəisi avropalıların törətdikləri cinayətlərin uzun siyahısının təqdim olunası təqdirdə, onlara qarşı uzun-uzadı ittiham aktı çıxarılacağnı vurğuluyaraq bildirib: “Özlərini hüquq müdafiəçisi adlandıran avropalılar müttəhim şəxsin mövqeyində ictimai rəyə və müsəlmanlara cavab verməlidir.”

 

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!