Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
bazar

29 yanvar 2023

17:55:00
1342081

İİR-ın ETTELAAT Naziri: İranda sionist rejimə bağlı terror qruplaşmasının 12 üzvü həbs edilib

Kəşfiyyat naziri Höccətül İslam Xətib cənabları İranda sionistlərə bağlı terror komandasının 12 üzvünün həbs olunduğunu elan edib və deyib: “Bu terrorçu qruplar son məğlubiyyətlərin qisasını müxtəlif əməliyyatlar həyata keçirtməklə almağa planlaşdırıblarmış.”

Höccətül-İslam vəl-Müslimin Seyid İsmayıl Xətib ötən çərşənbə axşamı Zəncan vilayətinin ETTELAAT- İİR Təhlükəsizlik Xidmətinin yeni baş direktorunun ehtiram mərasimində düşmənin xalqın, məmurların, savadlı insanların və elitaların birliyi qarşısında çarəsizləşdiyini bildirərək qeyd edib:

“Düşmənlərin İran xalqın əleyhinə istifadə etmək istədikləri bütün mənfur planları artıq xalqımıza məlumdur.”

O, vurğulayıb: “Düşmən qlobal media müharibəsi yaratmaqla İran xalqını, Vəliyyi Fəqih Hakimiyyətinin xidmətləri və naliyyətləri ilə bağlı məyus etmək niyyətindədir, lakin xalqla məmurlar arasında olan birlik və vəhdət qələbələri bir daha davamlı etdi.”

İİR Təhlükəsizlik Naziri Seyyid Xətib cənabları son vaxtlar ölkədə baş verən fitnələrə toxunaraq deyib:

  “Fitnələrdən keçmək tədbirli və müdrik rəhbərin göstərişi və xalq birliyi ilə baş verdi. Mövcud şəfqət və ixtiyar da bu təhlükəsizliyin nəticəsidir.”

 

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!