Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
şənbə

28 yanvar 2023

19:17:49
1341822

ABŞ xalqı polis vəhşiliyindən və daha bir qaradərilinin qətlindən qəzəblənib

ABŞ polisinin vəhşiliyi yenə can aldı. Daha bir qaradərili qətlə yetirildi.

 Memfis şəhərində 5 polis məmurunun 29 yaşlı FedEx işçisi Tire Nikolsun qətlində ittiham olunduqdan sonra bu beş məmurun qaradərili kişini döydüyünü əks etdirən video yayımlanıb.

Videoda 5 polisin bu gənci vəhşicəsinə döyüldüyü, eyni zamanda hücum boyu ona söyüşlər yağdırdığı göstərilir.

Videonun yayılmasından sonra ABŞ-ın müxtəlif şəhərləri böyük nümayişlərə hazırlaşır. Nikolsun yaxınları tərəfdarları dinc şəkildə etiraz etməyə çağırıblar.

Nikolsun ailəsinin vəkili Antonio Romanucci deyib: "Ona bir və ya iki nəfər deyil, beş zabit hücum edib".

Romanucci qeyd edib ki, bu zabitlər Nikolsun qətlinə səbəb olan ağır hücumda, insan azadlığının və fundamental hüquqlarının pozulmasında bir-biri ilə son dərəcə əməkdaşlıq ediblər.

342/