Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
şənbə

28 yanvar 2023

19:14:26
1341817

Aliməqamlı Rəhbər Tehranda daxili potensiallar sərgisini ziyarət edib

İslam İnqilabının Aliməqamlı Rəhbəri Həzrət Ayətullahül-üzma Xamenei İran alimlərinin müxtəlif sənaye sahələrində əldə etdikləri nailiyyətlərin sərgisini ziyarət ediblər.

sərgi cari İran ilinin şüarı olan "İstehsal: Biliyə əsaslanan və İş yerlərinin yaradılması” şüarı şərəfinə təşkil edilib.

Sərgidə müxtəlif sahələr, o cümlədən mədən sənayesi və kəşfiyyatı, elektronika və telekommunikasiya, aerokosmik sənaye və peyk texnologiyaları, avtomobil sənayesi, kənd təsərrüfatı və qida sənayesi, dəmir yolu, avtomobil, dəniz və hava nəqliyyatı, mənzil sektoru, neft və neft-kimya sənayesi, məişət texnikası, tekstil, balıqçılıq, su hövzələrinin idarə edilməsi, elektrik və elektrik stansiyaları sənayesi, bənd tikintisi, su təsərrüfatı layihələri və informasiya və kommunikasiya texnologiyaları sahələri üzrə yerli istehsal imkanları və əldə edilən nailiyyətlər nümayiş etdirilir

Sərgidə İranın sənaye, enerji, neft və rabitə nazirlikləri də iştirak edib. 

İslam İnqilabının Aliməqamlı Rəhbəri Həzrət Ayətullahül-üzma Xamenei 1401-ci günəş ilini "İstehsal: Biliyə əsaslanan və İş yerlərinin yaradılması" ili olaraq təyin ediblər.

342/