Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
şənbə

28 yanvar 2023

19:13:53
1341816

Fələstinli qruplar: Qüds əməliyyatı Cenin şəhidlərinin qisası idi

Fələstin müqavimət qrupları işğal olunmuş Qüdsdə ən azı 7 sionist qəsəbə sakininin öldürülməsi və bir neçə nəfərin yaralanması ilə nəticələnən şəhadətsevərlik əməliyyatını təbrik ediblər.

 HƏMAS hərəkatının sözçüsü Hazim Qasim İşğal olunmuş Qüdsdə anti-sionist müqavimət əməliyyatını təbrik edib. 

O, vurğuıayıb ki, bu qəhrəmancasına əməliyyat Cenin şəhidlərinin qanının qisası idi.

Əl-Məyadin telekanalının məlumatına görə, Fələstin İslami Cihad Hərəkatının sözçüsü Tariq İzzəddin də bu əməliyyatı təbrik edərək, düşmənin ancaq güc dilini anladığını vurğulayıb.

Fələstinin Azadlığı uğrunda Demokratik Cəbhə Qüds əməliyyatını təbrik edərək, bildirib ki, bu əməliyyat hərtərəfli xalq üsyanının yeni mərhələsinin başlanğıcıdır.

İslami Cihad Hərəkatının lideri Məhəmməd Şələh da öz növbəsində Qüds əməliyyatını parlaq və şərəfli bir əməliyyat və Fələstin xalqının başı ucalığı adlandırıb və onu təbrik edib. 

Şələh vurğulayıb ki, bu əməliyyat ekstremist İsrail hökumətinə, Fələstin xalqının öz övladlarının qanına dözməyəci mesajını verdi.

Qeyd edək ki, İşğal altındakı Qüdsdə şəhadətsevərlik əməliyyatı zamanı azı 7 sionist öldürülüb, 5-i isə yaralanıb.

Bu əməliyyat sionist qüvvələrin cümə axşamı Cənin düşərgəsinə hücum edərək 10 fələstinlini qətlə yetirdikdən sonra həyata keçirilib.

342/