Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
cümə

27 yanvar 2023

20:15:35
1341518

Sionist və İngiltərə səfirləri nəyə tələsirlər?

Azərbaycan Respublikasının Tehrandakı səfirliyinin bir silahlı şəxs tərəfindən hücuma məruz qalması və bunun nəticəsində səfirlik əməkdaşlarından bir nəfərin qətlə yetirilməsi və iki nəfərin yaralanmasından sonra müxtəlif ölkə və qurumlar tərəfindən Azərbaycan Respublikasına başsağlığı müraciətləri edilir.

Bu müraciətlərin tam normal olduğu halda bəzi ölkələr ikibaşlı ifadələrlə, yaranmış vəziyyətdən düşmən kimi su istifadə etmək niyyətlərini gizlədə bilməyib.

Bunların arasında sionist İsrail rejimi və Britaniya səfirlərinin Azərbaycan Respublikası prezidentinin köməkçisi Hikmət Hacıyev ilə tələm-tələsik görüşləri və görüşdən sonrakı tvittləri daha çox diqqət çəkib.

İşğalçı rejimin Azərbaycandakı səfiri Corc Dik bir tvittdə bu gün Hikmət Hacıyevlə “vacib görüş” keçirdiyini qeyd edib.

“Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilmiş terror aktı ilə bağlı başsağlığı verdim və Azərbaycan xalqı ilə həmrəy olduğumuzu bir daha bəyan etdim”, - qəsbkar rejimin səfiri bildirib.

Fələstin torpaqları üzərində işğalçı İsrail rejimini yaradan İngiltərənin Azərbaycandakı səfiri Fergus Auld da sionist həmkarı ilə eyni tvittdə belə yazıb:

“Prezidentin köməkçisi Hikmət Hacıyevlə mühüm görüşüm oldu. Azərbaycanın İrandakı səfirliyinin mühafizə xidmətinin rəisinin qətlə yetirilməsi ilə əlaqədar Britaniya hökumətinin başsağlığını çatdırdım. Biz mühüm regional təhlükəsizlik və humanitar məsələləri də müzakirə etdik”, - səfir vurğulayıb.

342/