Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
cümə axşamı

26 yanvar 2023

13:30:00
1341264

İmam Xamenei Avropa ölkələrində Qurana qarşı edilən təhqirləri pisləyib / Qlobalistlərin məkirli planlarına baxmayaraq, gələcək İslamındır

İslam İnqilabının Rəhbəri son vaxtlar bir sıra Avropa ölkələrində İslamın müqəddəs atributlarına və Qurani-Kərimə qarşı edilən təhqirləri pisləyib.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Ümümdünya Müsəlmanlarının Ali Lideri, həzrət Ayətullah Xamenei son vaxtlar bir sıra Avropa ölkələrində İslamın müqəddəs atributlarını və Qurani-Kərimin təhqir olunmasını pisləyib.

Ayətullah Xameneinin KHAMENEI.IR-in Twitter hesabında dərc olunan bəyanatının mətni belədir:

“İfadə azadlığı şüarı ilə Quranı dəlicəsinə təhqir etməklələr göstərir ki, qlobalist istikbarçı qüvvələrin hücumların hədəfi İslam prinsipi və Qurandır. Qlobalist istikbarçı qüvvələrin çirkin və məkirli planlarına baxmayaraq, Quran gündən-günə populyarlaşır və gələcək İslama məxsusdur. Dünyanın bütün azadlıqsevərləri müsəlmanlarla əl-ələ verərək müqəddəsləri təhqir etmək və nifrət yaymaq kimi çirkin siyasətə qarşı çıxmalıdırlar”.

 

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!