Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
çərşənbə

25 yanvar 2023

18:35:55
1341036

Ukraynanı iki korrupsiya qalmaqalı sarsıtmaqdadır

Müharibə şəraitində olan Ukrayna Müdafiə Nazirliyində ərzaq və energetika avadanlığının satınalmalarında ciddi korrupsiya faktları üzə çıxıb.

Tammiqyaslı müharibənin başlanmasından təxminən bir il sonra Ukraynanı iki korrupsiya qalmaqalı sarsıtmaqdadır. Birində söhbət generatorların bazar qiymətindən artıq qiymətə satınalınmasından, digərində ukraynalı hərbçilər üçün ərzaq paylarının satınalınmasından gedir, həm də ikinci halda tənqid atəşi altına Ukraynanın müdafiə naziri, Ukraynanın Rusiya hücumuna müqavimətinin əsas nəzərəçarpan və ictimai fiqurlarından biri olan Aleksey Reznikov düşüb.Bu barədə "Detaly" nəşri yazıb.

Ukraynanın Milli Antikorrupsiya Bürosu (UMAB) bəyan edib ki, hər iki iş araşdırılır.

"Bu həftə müvafiq qərarlar qəbul ediləcək. Mən onları elan etmək istəmirəm, amma hər şey ədalətli olacaq. Söhbət energetika və satınalınmalardan, mərkəzi hökumətlə regionlar arasında münasibətlərdən, hərbçilər üçün satınalınmalardan gedir", - Ukrayna prezidenti Vladimir Zelenski deyib.

  Əsgərlər üçün ərzaq paylarının şübhəli satınalınmalarına ilk dəfə ukraynalı araşdırmaçı jurnalist və "Bizim pullar" tədqiqatlar saytının təsisçisi Yuri Nikolov diqqət çəkib və tədqiqatını "ZN.UA" saytında dərc edib.

  Surəti hakimiyət daxilindən jurnalistə ötürülən müqaviləyə görə, Ukraynanın Poltava, Sumı, Kiyev, Jitomir, Çerniqov və Çerkassk vilayətlərində dislokasiya edilən hərbi hissələr ərzaq məhsullarını bazar qiymətlərindən iki-üç dəfə çox qiymətlərlə almalı olub. Həm də bu bölmələr təchizat yollarının təhlükəli olması səbəbindən satınalmaların həqiqətən bahalı ola biləcək cəbhə xəttindən uzaqda yerləşib.

Ukrayna Müdafiə naziri Oleksi Reznikov iddia bəyan edib ki, müqavilənin surətini jurnalistə ötürən adam cinayət törədib. Ukrayna Təhlükəsizlik Xidməti bu sızmanı və onun arxasında duran motivləri araşdıracaq.

  Həmçinin Reznikov nazirliyin müqaviləsini ciddi-cəhdlə müdafiə etdiyi zamanı İcmalar, ərazi və infrastrukturun inkişafı nazirinin müavini Vasili Lozinski, demək olar ki, dərhal vəzifəsindən kənarlaşdırılıb. UMAB məlumat verib ki,  nazir müavini energetika avadanlığının şişirdilmiş qiymətə satınalmaya dəstək göstərilməsinə görən 400 min ABŞ dolları aldığı zaman saxlanılıb.


342/