Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
çərşənbə

25 yanvar 2023

13:25:00
1340997

Həzrət Ayətullah Nuri Həmədani İsveçdə Qurani-Kərimin yandırılmasını pisləyib və deyib: “Qərbdə ifadə azadlığı şüarı da insan haqları şüarı kimi yalandan başqa bir şey deyil.”

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Həzrət Ayətullah Nuri Həmədani Qum şəhərinin Əzəm Məscidində keçirilən xaric dərsinin əvvəlində İsveçdə Qurani-Kərimin yandırılmasını pisləyib və deyib: “Müəyyən olan budur ki, bu təhqir onların məntiq və ağılla davrana bilməməzliklərindən irəli gəlir.”

O, əlavə edib: “Onlar bu cür cürət edirlər və bu hərəkətin digər nəticəsi də budur ki, Qərbdə ifadə azadlığı şüarı eyni insan haqları şüarı kimi yalandan başqa bir şey deyil, bundan yalnız öz cinayətlərinə haqq qazandırmaq üçün istifadə edirlər. Qurani-Kərimə edilən bu təhqiri pisləyirik!”

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!