Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
çərşənbə axşamı

24 yanvar 2023

18:16:00
1340788

Hizbullah sionist rejimin sərhəd divarından hündürlükdə müşahidə qüllələri tikdi

Sionist KİV-in məlumatına görə, işğalçı rejim ordusu sədd divarının tikintisini sürətləndirdiyi bir vaxtda Livan Hizbullahı da şimal sərhədlərində sərhəd divarından yüksəkdə nəzarət qüllələri inşa edib.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, işğalçı sionist rejim ordusu sədd divarının tikintisini sürətləndirdiyi bir vaxtda, Livan Hizbullahı da şimal sərhədlərində sərhəd divarından yüksəkdə müşahidə qüllələri inşa edib.

Sama xəbər agentliyinin məlumatına görə, Qərbi Qalileydəki Ştola şəhərinin sakinləri Ynet saytına və İsrail televiziyasının 12-ci kanalına bildiriblər ki, sərhəddən bir neçə on metr aralıda yerləşən Hizbullahın müşahidə qüllələrindən birinin hündürlüyü 18 metrdir. Lakin keçən aydan başlayaraq İsrail ordusu eyni bölgədə 9 metr hündürlüyündə divar inşa etməyə çalışır.

 

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!