Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
çərşənbə axşamı

24 yanvar 2023

17:40:22
1340783

İsveçdən sonra Hollandiyada Quranı cırıb yandırdılar

Avropada ifadə azadlığı adı altında İslamofobiya mərəzi epidemiyaya çevrilib; Hollandiyada Qurani-Kərimi cırıb yandırıblar.

Hollandiyada İslam əleyhdarı, "Pegia" qrupunun lideri Edvin Vagensveld Quranı əvvəl ayaqlayıb, daha sonra bir-bir vərəqlərini cıraraq yandırmağa başlayıb.

Hadisə zamanı təhlükəsizlik tədbirləri alan polisin baş verənlərə müdaxilə etməməsi bütün dünyada təəssüf hissi yaradıb.

Şənbə günü “Rasmus Paludan” adlı ifrat sağçı da Türkiyənin İsveçdəki səfirliyinin qarşısında Qurani-Kərimin nüsxəsini yandırmışdı.

Qərbin, o cümlədən Avropa ölkələrinin ifadə azadlığı ilə bağlı ikili standartlarına nəzər saldıqda, bu məsələnin yalnız islamofobiya və anti-islamizmin sahəsində, müsəlmanların təhqir edilməsi zamanı aktual olduğunu göstərir. Bundan fərqli olaraq Holokost məsələsi, yəni İkinci Dünya Müharibəsində yəhudilərin öldürülməsi iddiasında Avropa hökumətləri çox sərt davranır və qeyri-ənənəvi mövqe tutur, yəhudilərin soyqırımı iddiasına iradını bildirənlərə divan tuturlar.

342/