Əhli-Beyt
(əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, ötən gün
23.01.2023 tarixdə sosial şəbəkələrdə yayımlanan videoda göründüyü kimi İsveçli
cühüd ekstremist siyasətçi Rasmus Paludan İlahi Kitab olan Qurani Kərimi
yandıraraq, bütün Səmavi Dəyərləri təhqir edib. Bu şərəfsiz hərəkətin ardınca
Ümumdünya Əhli-Beyt (ə) Assambleyası bəsirətli və vicdanı olan azad insanları bir
çox qərb dövlətlərində söz azadlığından istifadə edərək İslamfobiyalığı təbliğ
etmək, nifrət və təfriqə salmaq məqsədi ilə atılan bu mənfur addımı pisləməyə dəvət
edərək bəyanat yayıb.
Bəyanatda Ümumdünya Əhli-Beyt (ə) Assambleyası dünyanın bütün azadlıq sevərlərni, bilikli və vicdanlı insanları başqalarının dini müqəddəsliklərini təhqir edənlərlə mübarizə aparıb, onların ifadə azadlığının təzahürü kimi qələmə vüerdikləri anti-islamizm və cahil islamofobiyaya qarşı çıxmalarını istəyib.
Bəyanatın bir hissəsində deyilir:
“İfadə azadlığı bəhanəsi və özünü digərlərindən üstün zənn etmək ruhiyyəsi ilə insan hüquqlarına hörmət etdiyini iddia edən Qərb dövlətləri başqalarının, xüsusilə də müsəlmanların müqəddəsliklərini və dini dəyərlərini təhqir etməyi icazəli hesab edirlər. Müsəlmanları təhqir edən bu mənfur hərəkət, qlobalist və cinayətkar beynəlxalq sionizmin təkəbbürlüyü ilə dəstəklənən və təhrik edilən bəşəriyyətin əxlaqi, mənəvi və hüquqi dəyər və standartlarını ortadan qaldırmağa yönəlmiş bəd düşüncə və yanaşmaların nəticəsi və qara tarixin bir hssəsidir.”
Ümumdünya Əhli-Beyt (ə) Assambleyası bildirib: “Təəssüf ki, bir çox Avropa ölkələrində başqalarının dini müqəddəsliklərini təhqir etmək normal bir məsələ hesab olunur. Baxmayaraq ki, söz azadlığının dəyərindən sui-istifadə halları ilə qəti şəkildə mübarizə aparmaq zəruri bir məsələdir.”
Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!