Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
cümə axşamı

19 yanvar 2023

15:30:00
1339600

AİP sədri M. Səmədov 12 ildən sonra ilk müsahibəsini Şəhidlər Xiyabanında verdi - Video

İslam Partiyasının bir funksioneri kimi, bir rəhbəri kimi bundan sonrakı fəaliyyətim təbii ki, bizim silahdaşlarımızın bizə olan münasibətindən aslıdır.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, bu gün 19 Yanvar 2023-cü il, Bakı vaxtı ilə 06:30-da Azərbaycan İslam Partiyasının sədri doktor Mövsüm Səmədov cismani azadlığa buraxılıb.

Partiya sədrinin ŞƏRLƏNƏRƏK 12 illik məhbəs həyatı bitib və o, azadlığa çıxıb.

O, ilk öncə Bibiheybət Hərəmini ziyarət edib daha sonra isə Şəhidlər Xiyabanına gedərək Şəhidlərin Uca ruhuna Quran və dualar oxuyaraq göz yaşları axıdıb.

Operativ TV saytının əməkdaşı Şəhidlər Xiyabanında Doktor Mövsüm Səmədovdan ilk müsahibə alıb. Cəmi 5 dəqiqəlik olan müshibənin videosunu və yazısını diqqətinizə çatdırırıq:

“Müxbir: Möhsün bəy keçmiş olsun. Artıq azadlıqdasınız, ümumiyyətlə təsüratlarınız haqda...

Dk. Səmədov: Bismilləhir Rahmənir Rahim və Huvə Xeyrun-Nasirin və Muin... Həyat sınaqdır, həyatda gözlənilməyən sınaqlar olur, zindan da yəqin o sınaqlardan birisidir və bizə də belə qismət oldu bir müddət zindanda olaq. Amma zindan müddətində təbii ki, insan müxtəlif imtahanlarla üzbəüz olur, nə qədər bu müddəti çox olsa təbii ki, imtahanlar bir o qədər çox olur. Amma biz Allahdan təşəkkür edirik ki, bizi bu sınaqlardan çıxartdı bir mənada, indi necə çıxdıq Özləri yaxından məlumatlıdırlar. Amma təbiidir hər kəs ki, istəsə bir siyasi və ictimai fəaliyyətdə olsun yəni zindanı da nəzərdə alması mümkün olası bir şeydir. Bizdə Allahın təqdiri idi, belə deyək qismət idi, nəsib oldu biz zindanda olaq və zindanlarda biz yaxşı insanlar da gördük, çox möhkəm kişilər gördük, möhkəm insanlar gördük, əqidəli insanlar gördük. Bu mənada deyə bilərk ki, zindan doğurdan da böyük bir... necə deyərlər inistutmu deyək? bir akademiyadır, amma insan zindandan çıxandan sonra daha çox özünü tanıyır.

Müxbir: Bundan sonrakı fəaliyyətiniz necə olacaqdır? Davam etdirəcəksinizmi? Ümumiyyətlə planlarınız nədir gələcəkdə?

Dk. Səmədov:  Vallah məni bu gün səhər saat 06:30-da buraxıblar. Hələ təzə gəlmişik, çıxmışıq və biz təbiidir cəmiyyətdə olan dini, ictimai və siyasi məsələlər ilə əlaqədar onları qaldırdığımıza görə tutulmuşuq və özümüz də İslam Partiyasının, siyasi bir partiyanın həm üzvüyük və həm də məsuliyyətini daşıyırdıq bu vaxta qədər. Təbiidir, siyasət bir məfhumdur ki, sən onun qapısını döyməsin o, həmişə sənin qapıvı döyür. Yəni kimsə deyə bilməz ki, biz siyasətdən uzaq ola bilərik! O, düzgün bir şey deyildir. Amma İslam Partiyasının bir funksioneri kimi, bir rəhbəri kimi bundan sonrakı fəaliyyətim təbii ki, bizim silahdaşlarımızın bizə olan münasibətindən aslıdır. İnşaAllah belə fikir edirəm ki, əgər Allah məsləhət bilsə biz bacardığımızı, necə deyərlər əlimizdən gələn hər bir nə ki var, fəaliyyətimizlə çalışacağıq, necə deyərlər Azərbaycanın siyasi-ictimai durumunu müəyyən qədər yaxşılaşdıra biləriksə, yəni onu qabağa apara biləriksə təbiidir öz gücümüzü əsirgəməyəcəyik.

Müxbir: Son sualımız belə olacaq ki, son illərdə ölkə gündəmini izləyirdiniz necə dəyərləndirərdiniz öz siyasi fikirlərinizlə?

Dk. Səmədov: Vallah biz çox uzun bir müddət bağlı, qapalı bir şəraitdə olmuşuq, ona görə bayırla çox az bir əlaqəmiz olub, o cəhətdən də az məlumatlanmışıq. Amma bir həddə onu deyə bilərəm ki, Azərbaycan xalqının əsas problemlərindən birisi Qarabağ problemidir, xalqımızın oğlanlarının, igid oğlanlarının vasitəsi ilə, onların gücü ilə, onların fədəkarlıqları ilə bu məsələ bir həddə çözdü. Düzü bizim Dağlıq Qarabağ məsələsi hələ tam həll olmayıb, bu gün də biz onu görürük ki, onun narahatçılığını bu gün də yaşayırıq, biz istərdik ki, bu müharibənin sona çatması ilə dağlıq Qarabağ məsələsi köklü sürətdə həll olsun. Bu gün indi Rus qoşunlarının və yaxudda ki, digər sülhməramlıların Azərbaycanda olması ki, hal-hazırda Qarabağda Rus sülhməramlılarıdır, biz də onlara münasibət bildirmişik. Kaşki onların torpaqlarımızdan çıxmalarının çətinliyini çəkməyərdik, təsüflər olsun ki... Əsas məsələ budur və təbiidir ki, əgər cəmiyyətimizdə dinə və İslama münasibət yaxşı olsa mənəvi cəhətdən xalqımızın əhval-ruhiyyəsi həmişə yüksək olacaq. Buna hamısının ehtiyacı vardır. Həm siyasətçinin ehtiyacı var, həm cəmiyyətimizin digər qismətində zəhmət çəkən dostlarımızın hamısının buna ehtiyacı vardır. Ümüd edirəm ki, xalqımız o mənəvi hədəfləri özündə yaşatmaqla bərabər digər məqsədlərinə də yetişər.

Müxbir: Təşəkkür edirəm Mövsüm bəy çox sağ olun.

Dk. Səmədov: Sağolun.”

 

Xatırladaq ki, M. Səmədov 02.01.2011 tarixində sədirlik etdiyi İslam Partiyasının konfransında çıxış edərək, mövcud iqtidarı Azərbaycan dövlətinin siyasi, ictimai, iqtisadi və dini köklərinə endirdiyi zərbələri sadalayaraq, sülalə hakimiyyətini kəskin tənqid etdiyi üçün 05.02.2011 tarixdə barəsində xuliqanlıq işi açılmış və 19.01.2011 tarixdə isə daha böyük böhtanla ŞƏRLƏNƏRƏK 2011-ci ilin Oktyabır ayında 12 il müddətinə həbs cəzası verilmişdi.

Həmçinin partiya sədrinin müavini Vaqif Abdullayev 11 il, partiyanın Astara təşkilatının sədri Rufulla Axundzadə 11 il 6 ay, Mövsüm Səmədovun qaynı Firdovsi Məmmədrzayev 10 il, əmisi oğlu Dəyanət Səmədov 10 il, Masallı ruhanisi Fəramiz Abbasov 11 il, Lənkəran ruhanisi Zülfüqar Mikayılzadə 5 ili sınaq müddəti olmaqla 11 il şərti həbs cəzasına məhlum edilmişdi.

Qeyd edək ki, ittiham olunan şəxslər barəsində Cinayət Məcəlləsinin 28, 214.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən terrora hazırlıq) və 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) maddələri ilə ŞƏRLƏNMİŞLƏR.

 

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!