Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
çərşənbə

18 yanvar 2023

18:24:35
1339446

Peskov səfərbərlik çağırışı barədə deyilənləri şayiə adlandırdı

Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya tam müharibə və ya yeni səfərbərlik dalğası ilə bağlı elan edəcəyi xəbərlər şayiədir. bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dimitri Peskov məlumat verib.

Qərb ölkələri tərəfindən Rusiyada səfərbərlik elan olunacağına dair yayılan məlumatlara münasibət bildirən Kreml rəsmisi Dmitri Peskov belə deyib:

“Bunların hamısı şayiədir. Onlara qulaq asmayın”

ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu Rusiya Prezidenti Vladimir Putinin ordunu gücləndirmək məqsədilə yaxın günlərdə ikinci səfərbərlik dalğasını elan edəcəyini iddia etmişdi

Ukrayna və Qərb kəşfiyyatı da dəfələrlə bildiriblər ki, Kreml yanvarın ortalarında səfərbərliyin növbəti dalğasını elan edə bilər”.

 Britaniyanın “The Times” nəşri daha əvvəl bildirmişdi ki, Rusiya 500 min nəfərlik yeni səfərbərlik planı hazırlayır.


342/