Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
çərşənbə

18 yanvar 2023

18:21:19
1339441

Mədəniyyət və təbliğat sahəsi fəallarının zəruri strategiyası

İslam İnqilabının Böyük Rəhbəri Quran ayələrinə istinadla “nəzərəalma, riayət və qayğı” mənasına gələn Allah-Taala qorxusunu mədəniyyət və təbliğat sahəsində fəalların zəruri və daimi strategiyası adlandırıblar.

Həzrət Ayətullahuluzma Xamenei İran İnsənət Dairəsi və İslami Təbliğat Təşkilatının sədri və bir qrup müdiri ilə görüşdə əlavə ediblər: Mədəni-təbliğat orqan və işçiləri tamamilə ehtiyatlı olmalıdırlar ki, Allahın kəlamı heç bir şəraitdə yerdə qalmasın və bu sahədə qalmaqal, hay-küyçülük və ittihamlardan qorxmamaq lazımdır.

İnqilab Rəhbəri təbliğatda ictimai tələblərə diqqəti, ilahi qorxuya göz yumulması hesab etməyib və deyiblər: Mədəni işlərin zərurətləri var və onlara tam şəkildə diqqət yetirmək lazımdır.

Həzrət Ayətullahuluzma Xamenei mədəni-təbliğat fəaliyyətlərində qövmün dilinə diqqəti, bu tələblərdən adlandırıb və söyləyiblər: Bir gənc və yeniyetmə ilə ünsiyyət dili, qəflətə qapılmış bir cahil və ya düşmən mövqedə duranla danışmaqdan fərqlənir. Eyni zamanda, digər ölkələrdə təbliğat və söhbət dili, daxildəki mədəni-təbliğat işindən fərqlənməlidir.

342/