Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
çərşənbə

18 yanvar 2023

18:20:41
1339440

Avropa Parlamentinin üzvü: NATO Amerika tərəfindən Avropaya rəhbərlik etmək üçün bir vasitədir

İrlandiyanın Avropa Parlamentindəki nümayəndəsi vurğulayıb ki, Vaşinqton NATO-nu Avropa ölkələrini ABŞ imperializminə tabe saxlamaq üçün yaradıb.

İrlandiyanın Avropa Parlamentindəki nümayəndəsi "Mick Wallace" Avropa liderlərinin Amerikaya kor-koranə tabe olmasına və Ukraynada müharibənin davam etməsinə etiraz olaraq, bir tvitdə yazıb: "Siyasətçilər xalqı təmsil etməyə başlamalı və NATO  və Hərbi Sənaye Kompleksini təmsil etməyi dayandırmalıdırlar". 

O, həmçinin Amerika və NATO-nun müharibə qızışdıran siyasətlərinə qarşı xalq nümayişlərinin şəklini dərc edib və əlavə edib: "Amerika NATO-nu yaradıb ki, Avropa ölkələrini Amerika hegemonluğunun xidmətçilərinə çevirə bilsin".

Mick Wallace Ukraynada müharibənin davam etməsini  tənqid edərək, vurğulayıb: "Xalq Müharibə yox, Sülh istəyir, ABŞ/NATO vəkalət müharibəsinə son qoyulmasını istəyir".

Bundan əvvəl Xorvatiya prezidenti Zoran Milanoviç NATO və ABŞ-ın müharibəni qızışdıran siyasətini tənqid edərək, Ukraynada Rusiya ilə proxy müharibə apardıqlarını bildirib.

Qərbin Ukraynaya davamlı hərtərəfli dəstəyi və Rusiyaya qarşı təzyiqlərin güclənməsi ilə NATO-nun baş katibi Yens Stoltenberq bu yaxınlarda Ukraynaya daha çox silah göndərilməsini istəyib.

Rusiya dəfələrlə bildirib ki, Qərb silahlarının Ukraynaya göndərilməsi bu ölkədəki münaqişəni yalnız uzadacaq və gözlənilməz nəticələrə gətirib çıxaracaq.

342/