Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
bazar

15 yanvar 2023

18:33:44
1338733

"Nüvə silahını tam dolğunluqla tətbiq edən yeganə ölkə ABŞ olub"

Rusiya Federasiyası Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedev Yaponiyanın baş naziri Fumio Kisidanı "vassal" və "ABŞ-ın xidmət personalı" adlandırıb.

Dmitri Medvedev, özünün "Telegram-kanal"ında yazdığı və "Realnoye vremya" nəşrində yayılan bəyanatında həmçinin baş nazirə Qərb dünyasında daha çox "xarakiri" kimi tanınan "seppuku" ritual intihara çağırış edib.

Rusiyanın yüksək vəzifəli siyasətçisinin belə radikal çağırışına səbəb Kisida və ABŞ prezidenti Co Baydenlə birgə bəyanatı olub.

Bəyanatda deyilir ki, Tokio və Vaşinqton "Rusiyanın Ukraynada nüvə silahının istənilən tətbiqi"ni "bütün bəşəriyyətə qarşı törədilən heç nə ilə haqq qazandırılmayan düşmənçilik aktı" kimi qəbul ediləcək.

Medvedev bu bəyanatda münasibət bildirərkən yazıb: "Bu, dəhşətli dərəcədə abırsızlıqdır. Alçaldıcı sədaqət ekstazında Rusiya barəsində cəfəngiyyat danışır, bununla da Xirosima və Naqasakidə nüvə tonqalında yanan yüz minlərlə yaponiyalının xatirəsinə xəyanət edir".

Sabiq baş nazir və sabiq prezident hesab edir ki, Kisida Baydenə xatırlatmalı idi ki, "nüvə silahını tam dolğunluqla tətbiq edən yeganə ölkə ABŞ olub".

"Amma, yox, Kisida amerikalılar üçün yalnız xidmət personalıdır, qullarda isə cəsarət ola bilməz",-- Medvedev deyib.

Öz postunun sonunda Təhlükəsizlik Şurasının katibi yaponiyalıları da belə xitab edib:

"Bu rüsvayçılığı yalnız geriyə dönəndən sonra elə nazirlər kabinetinin iclasındaca seppuku etməklə yumaq mümkündür", - Medvedev məsləhət verib.

 

342/