Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : shafaqna - iqna
çərşənbə axşamı

10 yanvar 2023

15:01:18
1337438

İslam Əməkdaşlıq Təşkilatı Əqsa məscidinə edilən basqınla əlaqədar fövqəladə iclas keçirəcək

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) İsrailin Əqsa məscidinə qarşı təxribat xarakterli hərəkətləri ilə əlaqədar çərşənbə axşamı fövqəladə iclas keçirəcək.

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) İsrailin Əqsa məscidinə qarşı təxribat xarakterli hərəkətləri ilə əlaqədar çərşənbə axşamı fövqəladə iclas keçirəcək.

İƏT-dən verilən yazılı bəyanatda İsrailin işğal altındakı Qüdsdə gərginliyi artırması və Əqsa məscidinə qarşı təxribat xarakterli hərəkətlərindən sonra növbədənkənar iclasın keçirilməsi ilə bağlı qərarın verildiyi bildirilib.

Bəyanatda Əqsa məscidinə qarşı ən mühüm təxribatın İsrailin ifrat sağçı milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin yanvarın 3-də həyata keçirdiyi basqın olduğu bildirilib.

Bəyanatda həmçinin Ben-Qvirin həyata keçirdiyi basqının İsrailin Əqsa məscidinin tarixi və hüquqi statusunu dəyişdirmək səylərinin bir hissəsi olduğu vurğulanıb.

Xatırladaq ki, İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir yanvarın 3-də İsrail polisinin mühafizəsi altında Əqsa məscidinə basqın edib.

Qeyd edək ki, təxribatçı hərəkətləri ilə tanınan ifrat sağçı Ben-Qvir 5 ildən sonra Məscidül-Əqsaya daxil olan ilk İsrail naziri olub. (shafaqna)

342/