Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
bazar ertəsi

9 yanvar 2023

15:02:27
1337141

İşğal olunmuş ərazilərdə elektrik enerjisinin verilişində silsilə fasilələr “Tzur Hadassah” şəhərinə çatıb

Sionist rejimin enerji sektorunda və həyati infrastrukturunda baş verən silsilə fasilələr bu dəfə işğal olunmuş Qüdsün cənub-qərbindəki “Tzur Hadassah” şəhərinə çatıb və bu şəhər geniş miqyaslı elektrik kəsilməsinin şahidi olub.

"Tzur Hadassah" şəhərinin bələdiyyə şurası bu şəhərdə geniş yayılmış elektrik kəsilməsi xəbərini təsdiqləyib və iddia edib ki, şəhərdə elektrik şəbəkəsinin təmiri və bərpası böyük ehtimalla 4 saatdan çox çəkəcək.

Eyni zamanda, bu şəhərin infrastrukturunda, xüsusən də elektrik enerjisi şəbəkəsində baş verən ardıcıl nasazlıqların aradan qaldırılmasına şəhər rəsmilərinin laqeydliyinə qarşı "Tzur Hadassah" sakinlərinin etirazı ilə bağlı xəbərlər də daxil olub. 

Sionist rejimin infrastrukturunda baş verən çoxsaylı şübhəli qəzalar keçən həftənin çərşənbə günü Təl-Əvivdə əsas içməli su borusunun partlaması ilə eyni vaxta təsadüf edib və beləliklə, bəzi sionist sosial media istifadəçiləri bu rejimin infrastrukturuna qarşı mümkün yeni bir kiberhücum raundunun başlandığını açıqlayıblar. 

342/