Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
çərşənbə axşamı

3 yanvar 2023

19:43:44
1335822

The Jerusalem Post: Zülfüqar təlimi İrandan İsrailə aydın mesajdır

İsrail mediası İran İslam Respublikası Ordusunun "Zülfüqar 1401" təlimini İsrail rejiminə təhdid mesajı kimi qiymətləndirib.

Təlimdən sonra müvəqqəti sionist rejimin mediası bu mövzuda təhlillər aparıb. Jerusalem Post qəzeti İranın pilotsuz təyyarələrinin maket gəmi və anbara hücumundan kadrlar yayıb. Bildirilir ki, bu gəmi İsrail Hərbi Dəniz Qüvvələrinin "Saar 6" döyüş gəmisinə bənzədilib. Bu o deməkdir İran gəminin təkcə zahiri görkəmini deyil, həm də İsrail tərəfindən təchiz edilməsini nümunə göstərib. Bu isə İrandan İsrailə açıq mesajdır ki, İsrailin gəmiləri, limanları və dəniz obyektləri təhdid oluna bilər.”

Sionist rejim qəzetlərindən biri olan “The Times of Israel” də öz xəbərlərinin birində sosial media istifadəçilərinin sosial şəbəkələrdə yerləşdirdikləri görüntü və məlumatlara istinad edərək yazıb: “İran ordusunun son təlimində Eylat limanına hücum simulyasiya edilib”.

Bu qəzet İran mətbuatında dərc olunan şəkillərə də istinad edərək, bu iddiaları da irəli sürüb: "Şəkillər Eylatdakı sionist rejimin hərbi-dəniz bazasının surətinə göndərilmiş "Henqam gəmi sinfi" və "Əbabil" pilotsuz uçuş aparatına aiddir. Bundan başqa simulyasiya edilmiş hədəf, qondarma Sionist Rejim Hərbi Dəniz Qüvvələrinə aid "Saar 6 Class" döyüş gəmisinin bir nüsxəsi olaraq yerləşib.”

Qeyd edək ki, dekabrın 30-dan başlanan İran Silahlı Qüvvələrinin hərbi təlimi Hörmuz boğazının şərqindən Hind okeanının şimal bölgəsinə qədər ərazini əhatə edib.

Təlim Hərbi Hava Qüvvələrinin strateji bombardmançı təyyarələrinin dəstəyi ilə quru qoşunlarının piyada, zirehli, mexanikləşdirilmiş bölmələri, hava hücumundan müdafiə qüvvələrinin müdafiə sistemləri, gəmilər və hərbi dəniz donanmasının reyncerləri iştirak edib. "Özünə inam, səlahiyyət, davamlı təhlükəsizlik" şüarı ilə keçirilən təlimin məqsədi İrana qarşı silah embarqolarını yerli silah və avadanlıqlarla təsirsiz hala gətirmək və nəhayət İran İslam Respublikasının nüfuzunu göstərmək elan edilib.

Bundan əvvəlki dəniz təlimləri oktyabrın 12-də Omanla birgə keçirib.

342/