Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
bazar

1 yanvar 2023

19:49:45
1335195

Ərəbistan vətəndaşları fəlakətli daşqınlardan hiddətləniblər

Ərəbistanda, xüsusən vətəndaşların aktivlərinə böyük xəsarətlərin dəydiyi Ciddə şəhərində daşqınlardan irəli gələn hadisələr bu bölgə sakinlərinin hiddətini doğurubdur.

Ərəbistan vətəndaşları bildiriblər ki, təxminən on beş ildən bundan öncə, yağışdan əmələ gələn sulardan isfitadə və onları ayırmaq sahəsində irəli sürülən layihələr, sırf olaraq, ictimai əmlakı oğurlamaq üçün qeyri-real layihələr olubdur.

Ciddə şəhərində baş verən daşqın yüzlərlə avtomobili özü ilə aparıb və bir neçə gün ərzində ikinci dəfə olaraq, yüzlərlə mənzil və küçəyə ziyan vurubdur.

Ərəbistan xalqının böyük bir hissəsi bu qənaətdədir ki, belə hadisələr, bu cür fəlakətlərin qarşısının alınmasında hökumətin uğursuzluğuna bir dəlil və faktdır, zira infrastrukturların genişləndirilməsi sahəsində fəaliyyət göstərən podratçı şirkətlər və nazirliklərə böyük bir korrupsiya hakim kəsilibdir.

342/