Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : IQNA
cümə

30 dekabr 2022

15:44:59
1334522

Küveyt parlamentinin üzvü Quranın tədrisinin gecikdirilməsinə etiraz edib

Küveyt parlamentinin üzvü Məhəmməd Hayif bu ölkənin təhsil nazirindən məktəbdən qabaq hazırlıq mərhələsində Qurani-Kərimin tədrisinin gecikdirilməsi ilə bağlı izahat istəyib.

Küveyt parlamentinin üzvü Məhəmməd Hayif təhsil və ali təhsil naziri Həmd Əl-Ədvanidən məktəbə hazırlıq mərhələsində Qurani-Kərimin tədrisi proqramlarının icrasının gecikməsini izah etməsini istəyib.

O, hörmətli təhsil və ali təhsil nazirindən məktəbə hazırlıq mərhələsində Qurani-Kərimin tədrisinin gecikdirilməsi ilə bağlı mövcud olan sənədləri təqdim etməsini istəyib.

Bir müddət əvvəl Küveyt parlamenti orta məktəbi bitirənə qədər təhsilin bütün pillələrində Qurani-Kərimin tədris edilməsini təklif edib.


342/