Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
çərşənbə

28 dekabr 2022

19:46:06
1334210

Mask: "Hər bir sosial media şirkəti ABŞ hökuməti üçün senzura tətbiq edir"

Twitter-in maliki İlon Mask bütün sosial media platformalarının məzmunu senzura etmək üçün ABŞ hökuməti ilə birlikdə işlədiyini açıqlayıb.

"İRNA"nın məlumatına görə, Twitter-in maliki İlon Mask sosial media platformalarının ABŞ hökuməti ilə əməkdaşlığını ifşa edən tvutlərdən birini yenidən dərc edərək, yazıb: "Hər sosial media şirkəti ciddi senzura ilə məşğuldur, ABŞ hökumətinin bu sahədə əhəmiyyətli iştirakı və bəzən də açıq göstərişi var". 

Maskın Twitter-i satın aldıqdan sonra açıqladığı sənədlər, platformanın ABŞ seçkiləri, Ukrayna müharibəsi və Covid-19 ilə bağlı məlumatları gizlətmək üçün Federal Təhqiqat Bürosu, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi, Pentaqon və digər dövlət qurumları ilə əməkdaşlıq etdiyini göstərir.

Jurnalist Mett Taibbinin dərc etdiyi silsilə tvitlərin bir hissəsində, Twitter-in yüksək səviyyəli rəhbərlərinin FTB və CIA üzvləri ilə müntəzəm görüşlər keçirdiyi ifşa olunub.

"The Intercept"in müxbiri Lee Fang-ın araşdırmasına görə, Twitter ABŞ ordusunun Yaxın Şərqdəki fəaliyyəti ilə bağlı təbliğatı, o cümlədən İran əleyhinə təbliğatı gücləndirmək üçün Pentaqona kömək edib.

342/