Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
çərşənbə

28 dekabr 2022

19:44:30
1334207

MərakeşdəTəl-Əvivlə münasibətlərin normallaşmasına qarşı etiraz aksiyası

Mərakeş xalqı Fələstin amallarına dəstək vermək və ölkələrinin İsraillə münasibətlərinin normallaşması prosesini pisləmək üçün paytaxt Rabat və daha 35 şəhərdə küçələrə çıxıb.

Mərakeşlə sionist rejim arasında əlaqələr 2002-ci ildə kəsilib.

İki tərəf 22 dekabr 2020-ci ildə ABŞ-ın nəzarəti altında bir-biri ilə münasibətlərin bərpası və barışığa dair saziş imzalayıb.

Mərakeşin 36 şəhərində, o cümlədən  Rabat, Kasablanka, Əl-Cədidə, Aqadir və Meknesdə xaıq ayağa qalxaraq, Mərakeş kralı VI Məhəmməd hökuməti ilə sionist rejim arasında münasibətlərin normallaşdırılmasına qarşı etiraz aksiyası keçirib.

Bu kontekstdə Fələstinə Dəstək və Normallaşmaya Qarşı Mərakeş Cəbhəsinin koordinatoru Camal Əl-Əsri deyib: "Bu Cəbhə ölkənin bütün bölgələrində müxtəlif mübarizə formalarına çağırır ki, hamımız normallaşdırıcıların qarşısında ucadan qışqıraq və ölkə üçün fəlakət hesab etdiyimiz bu məşum müqavilənin ləğvini tələb edək".

342/