Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
şənbə

24 dekabr 2022

15:38:54
1333101

ABŞ-da qış fırtınası elektrik şəbəkələrini sıradan çıxarıb

ABŞ-da yeni milad ili ərəfəsində baş verən şiddətli qış fırtınası indiyədək bir çox ştatlarda elektrik enerjisinin kəsilməsinə səbəb olub.

kommunal xidmətlərin hesabatlarını izləyən Power Outage saytı bildirib ki, ABŞ-ın şərq yarısında və Texasda elektrik enerjisinin kəsilməsi təxminən 1,4 milyon ev və işi yerini qaranlıqda qoyub.

 Məlumata əsasən, ən çox elektrik enerjisinin kəsilməsi Şimali Karolina ştatında qeydə alınıb.

Şimali Karolinadan sonra Virciniya, Tennessi, Men və Nyu-York ştatları da geniş şəkildə elektrik kəsilməsi ilə üzləşib.

Cümə günü Vaşinqton, Luiziana, Arkanzas və Texas da daxil olmaqla ən azı 10 ştatda 10 mindən çox ev və müəssisə işıqsız qalıb.

Həmçinin, Kentukki ştatının qubernatoru Endi Bəşirin ofisi cümə günü bildirib ki, ştatda sərt qış havası səbəbindən üç nəfər ölüb.

CNN xəbər kanalı da ABŞ-da qış fırtınası və güclü küləklər səbəbindən 4,1 mindən çox uçuşun ləğv edildiyini açıqlayıb.

Məlumata əsasən, ən çox uçuş ləğvi Sietl ştatında olub ki, onun da səbəbi donma şəraiti səbəbindən uçuş-enmə zolaqlarının bağlanmasıdır.

342/