Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
şənbə

24 dekabr 2022

15:36:50
1333098

Dünyada ifadə azadlığına daha bir zərbə

Fransanın Eutelsat şirkəti Avropa İttifaqının sifarişi ilə İran və Rusiyanın bir neçə televiziya kanalının yayımını dayandırmaqla ifadə azadlığını kobud şəkildə ayaq altında qoydu.

Eutelsat Fransanın bütün Avropa, Qərbi Asiya, Afrika, Asiya və Amerika qitəsini əhatə edən peyk operatorudur. Bu şirkət son günlər Avropa Birliyinin İranın peyk kanallarına, xüsusilə PressTV-yə qarşı sanksiyalarına uyğun olaraq yayımını dayandırıb. Lakin bu hərəkət fransız şirkətinə nəinki böyük maliyyə itkilərinə səbəb olub, həm də qərblilərin iddia etdiyi fundamental söz azadlığı hüququnu pozub.

Analitik və jurnalist Robert Fantina bu barədə deyir: “Press TV-yə qarşı müxtəlif prosedurlar və tədbirlər görmək Qərb dövlətlərinin son zamanlar güclənən İran əleyhinə və İranofobiya layihəsinin bir hissəsi hesab edilməlidir”.

2022-ci il noyabrın ortalarında Avropa İttifaqı “Press TV” xəbər kanalını sanksiya siyahısına salıb. Bu xəbər kanalı uzun illərdir ki, hadisələri hər zaman öz maraqlarına uyğun əks etdirən Qərbin media inhisarını qırmaq istiqamətində fəaliyyət göstərir və bu məsələ həmişə qərb hökumətlərinin qəzəbinə səbəb olub və bu səbəbdən də zaman-zaman YouTube, Instagram və bu kimi virtual şəbəkələrdə Press TV-nin bloklanması və eyni zamanda, təzyiq göstərməklə haqq sözün məqsədə çatdırılması əngəllənib. Bunu əlbəttə Səhər kanalına da aid etmək olar. Belə ki, Səhər TV-nin yayımına qarşı təxribat artmaqdadır və Səhərin ifşa-edici proqramlarından vahiməyə düşən Azərbaycandakı tayfa rejiminin bu xüsusda şantajları diqqət çəkir.

Hər halda görünür avropalılar da ABŞ-la yanaşı, söz və media azadlığı şüarının əleyhinə, İran İslam Respublikasının fikirlərinin yayılmasının davam etməsinə mane olmaq ideyası ilə hərəkət edirlər. Bu, əslində, qərblilərin, o cümlədən Avropa ölkələrinin insan haqları, söz və media azadlığı kimi məsələlərə ikili yanaşmasının növbəti nümunəsidir.

342/