Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
şənbə

24 dekabr 2022

15:32:50
1333093

Polis qüvvələri onlarla aksiya iştirakçılarını saxladı

Bakıda hökumət əleyhdarları qəddarcasına repressiya edilir.

Bakı polisi cümə günü Azərbaycan hakimiyyətindəki özbaşınalığa və korrupsiyaya etiraz edən aksiya iştirakçıları, eləcə də yoldan keçənlərdən və aksiya keçirməkdə şübhəli bilinənlərdən onlarla nəfəri saxlayıb.

“ Azad Söz “ youtube kanalının məlumatına görə, Azərbaycan Respublikasında korrupsiyanı tənqid edənlərdən biri olan Bəxtiyar Hacıyevin azadlığa buraxılmasını tələb etmək üçün Bakının mərkəzində toplaşmağa cəhd edənlərin, demək olar ki, hamısı həbs edilib.

Bəxtiyar Hacıyev bu yaxınlarda Azərbaycan Daxili İşlər Nazirliyində və Azərbaycan Prokurorluğunda mövcud olan korrupsiyanı tənqid etdiyinə görə həbs edilib və həbsxanadakı ağır psixi və fiziki şəraitinə etiraz olaraq, aclıq aksiyasına başlayıb.

Aksiya başlanmazdan əvvəl,  aksiyada iştirak etməkdə şübhəli bilinən onlarla vətəndaş evlərindən oğurlanaraq, həbs edilib.

Aksiyaçlar öz şüarlarını Bəxtiyar Hacıyevin, eləcə də siyasi məhbusların azad edilməsi  və işgəncələrə və repressiyalara son qoyulması tələblərinə yönəldiblər.

Məlumatda Yüzə yaxın etirazçının həbs edildiyi bildirilir.

342/