Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
cümə

23 dekabr 2022

11:30:00
1332913

Ayətullah Sistani BMT-ni türkmən və yezidi kürd qadınlarını terrorçu İŞİD əsarətindən azad etməyə çağırıb

Ayətullah Sistani BMT-nin baş katibinin müşaviri və qrumun İraqdakı nümayəndəsinə bildirib ki, türkmən və yezidi kürd qadınlarının Suriyadakı İŞİD terror təşkilatının əsarətindən azad edilməsi uğrunda çalışmağın və qaçqınlara təzminatların ödənilməsi üçün təsirli addımların atılmasının vacibliyini vurğulayıb.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Birləşmiş Millətlər Təşkilatının baş katibinin müşaviri və təşkilatın İraqdakı İŞİD cinayətləri ilə bağlı araşdırma qrupunun rəhbəri Kristian Riçard Nəcəf Əşrəfdə Şiə dünyasının Ali Təqlid Mərcəsi Ayətullah Seyid Əli Sistani ilə görüşüb və söhbət edib.

Riçard bu görüşdən sonra mətbuat konfransında deyib:

  “Komandam hesab edir ki, bütün qurbanların iyerarxiya olmadan cinayətkarları təqib etmək hüququ var.”

O əlavə edib:

  “Komandam və mən cənab Sistani ilə görüşməkdən böyük şərəf duyduq”.

Richard davam edib:

  “Tədqiqat qrupu yaradılandan bəri biz cənab Sistaninin nəzakətini rəhbər tutmuşuq və onun istəyi sülh və ədalət olmuşdur. Komandamız ümid edir ki, Ayətullah Sistaninin, zorakılıq və soyqırım cinayətlərinin Suriya və İraqdan dəf olmaq istəyini həyata keçirə biləcəyik”.

O, həmçinin vurğulayıb:

“Biz İŞİD terrorçularının cinayətlərindən əziyyət çəkən bütün icmaları unuda bilmərik və İŞİD-in cinayətləri İraq mədəniyyətinin və onun sosial quruluşunun müxtəlifliyinin məhv edilməsi istiqamətində həyata keçirilib”.

Ayətullah Sistaninin dəftərxanası da bəyanat yayıb:

  “Bu səhər, İraqın Ali Təqlid Mərcəsi Birləşmiş Millətlər Təşkilatının İŞİD-in (UNITAD) cinayətləri üzrə istintaq qrupunun rəhbəri Kristian Riçardı qəbul edib. Bu görüşdə Riçard bu komandanın yarandığı 2017-ci ildən indiyədək gördüyü işlər barədə qısa izahat verib”.

Bu bəyanatda bildirilir ki, Ayətullah Sistani Riçardla görüşündə iraqlıların İŞİD terrorçuları ilə mübarizə sahəsində böyük qələbəsini xatırladıb və bu böyük tarixi nailiyyətə nail olmaq yolunda İraq qüvvələrinin şücaət və fədakarlıqlarını yüksək qiymətləndirib.

  “Bu qəti qələbə olmasaydı, İŞİD ünsürlərini təqib etmək və onların iraqlılara qarşı törətdikləri cinayətlərə, xüsusən də qətl, əsir götürmə, cinsi təcavüz, zorlama və İraqın qədim abidələrinin dağıdılması cinayətlərinə görə cəzalandırılması mümkün olmazdı”- deyə Ayətullah Seyyid Sistani həzrətləri bildiriblər.

Ayətullah Sistani BMT-nin baş katibinin müşaviri və qrumun İraqdakı nümayəndəsinə bildirib ki, türkmən və yezidi kürd qadınlarının Suriyadakı İŞİD terror təşkilatının əsarətindən azad edilməsi uğrunda çalışmağın və qaçqınlara təzminatların ödənilməsi üçün təsirli addımların atılmasının vacibliyini vurğulayıb və bu sahədə onlara uğurlar arzulayıb.

 

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!